Tramp bir sıra ölkələri İsraillə münasibətləri normallaşdırmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq ölkələrinin liderləri və Pakistan rəhbərliyi ilə telefon danışığı zamanı onları İsraillə münasibətləri normallaşdırmağa çağırıb.
Bu barədə “Axios” portalı iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, Donald Tramp mayın 23-də Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə danışıq zamanı İranla bağlı münaqişə başa çatdıqdan sonra İsraillə diplomatik münasibəti olmayan ölkələrin “Avraam sazişləri”nə qoşulacağına ümid etdiyini bildirib.
Portal yazır ki, İsraillə diplomatik əlaqələri olmayan Qətər, Pakistan və Səudiyyə Ərəbistanı nümayəndələri Trampın bu çağırışından təəccüblənib.
Mənbənin sözlərinə görə, telefon danışığı zamanı qısa sükut yaranıb və ABŞ Prezidenti zarafatla “hamının hələ də xətdə olub-olmadığını” soruşub.
Donald Tramp qeyd edib ki, yaxın həftələrdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner bu ölkələrlə İsrail arasında münasibətlərin normallaşdırılması məsələsi ilə məşğul olacaqlar.
ABŞ Prezidenti daha əvvəl “Truth Social” platformasında İranın gələcəkdə “Avraam sazişləri”nə qoşula biləcəyini də istisna etməmişdi.
Тег #Donald Tramp используется
- Trampın İranın nüvəsizləşdirilməsi cəhdlərinə Rubiodan reaksiya - Baku TV CANLI
- Ağ Evdən nümayəndələrə kritik qərarlarla bağlı tapşırıq gəldi - Baku TV
- ABŞ və İsrail liderləri regional məsələlərdə razılığa gəldi - Baku TV
- Müsəlman liderlər Ağ Ev rəhbərindən İranla anlaşmasını istədilər
- Tehran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verəcək? - Baku TV
