Ağ Evdən nümayəndələrə kritik qərarlarla bağlı tapşırıq gəldi - Baku TV
“Donald Tramp və ABŞ Ordusu çıxılmaz vəziyyətdədir”.
Bunu İran Ordusunun generalı Möhsün Rəzai deyib.
“Əgər onlar müharibəyə başlasalar, qarşılarına Hörmüz boğazından başlayan, Fars körfəzinə, Oman dənizinə, Bab əl-Məndəb boğazına və Hind okeanına qədər davam edən, çox genişmiqyaslı müharibəyə səbəb olacaq qaranlıq və sonsuz bir dəhliz açılacaq.
Hörmüz boğazı azad ticarət üçün bağlanmayıb. Bu su yolu regiondakı müharibə səbəbindən bağlanıb. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin hazırkı fəaliyyəti müxtəlif ölkələrin gəmilərinin qeydiyyatdan sonra bu marşrutdan təhlükəsiz şəkildə keçməsini təmin edir. Hörmüz boğazına qarşı hər hansı hərbi əməliyyat və Fars körfəzinə daxil olmaq cəhdləri İranın sərt cavabı ilə nəticələnəcək”, – deyə Möhsün Rezai qeyd edib.
Bu arada, ABŞ Prezidenti Donald Tramp nümayəndələrinə İranla müqavilə bağlamağa tələsməməkləri ilə bağlı tapşırıq verdiyini bildirib. Onun sözlərinə görə danışıqlar nizamlı və konsturuktiv şəkildə davam edir.
