Выбрать плеер:

“Donanması olmayan ölkə Rusiyanı alçaltdı” | Putin indi kimlərə əl açıb?

04 сентября 2025 328 просмотров

Ukraynaya qarşı apardığı müharibə fonunda Vladimir Putinin mövqeyi ciddi şəkildə zəifləyir.

Bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevdə səfərdə olarkən deyib.

Nazir bildirib ki, Kreml artıq bir milyondan çox hərbçisini itirib, 10 mindən çox tank və zirehli texnika sıradan çıxarılıb, Rusiyanın Qara dəniz donanması isə donanması olmayan bir ölkə tərəfindən alçaldılıb.

Con Hili qeyd edib ki, Şimali Koreyanın əsgər, Çinin isə texnologiya sahəsində vacib komponentlər göndərməsi V.Putinin digər ölkələrə yardım üçün yalvardığını sübut edir.

“V.Putin həmişə güc nümayiş etdirməyə çalışır, amma o, indi heç vaxt olmadığı qədər zəifdir”, – deyə britaniyalı nazir vurğulayıb.

Bununla yanaşı, “The Sun” nəşri xəbər verib ki, Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1 milyard dollar yardım göndərib.

“Dondurulmuş Rusiya aktivlərindən əldə edilən bir milyard dollardan çox vəsait Ukraynaya hərbi yardım üçün yönəldilib”, – deyə Con Hili bildirib.

O həmçinin deyib ki, Britaniya atəşkəs olacağı təqdirdə Ukraynaya göndərmək niyyətində olduğu Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini də nəzərdən keçirir.

İranın 185 şəhərində etiraz aksiyaları keçirilir - Baku TV

İranın 185 şəhərində etiraz aksiyaları keçirilir - Baku TV

Dünya
11 января 2026 328 просмотров
24 yaşlı gənc altı nəfəri güllələyərək öldürüb

24 yaşlı gənc altı nəfəri güllələyərək öldürüb

Dünya
11 января 2026 328 просмотров
Tramp Qrenlandiyanın işğalı planını hazırlamağı tapşırıb?

Tramp Qrenlandiyanın işğalı planını hazırlamağı tapşırıb?

Dünya
11 января 2026 328 просмотров
ABŞ və İordaniya qırıcıları havaya qaldırdı

ABŞ və İordaniya qırıcıları havaya qaldırdı

Dünya
11 января 2026 328 просмотров
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb

Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb

Dünya
11 января 2026 328 просмотров
Pxenyandan Tokioya xəbərdarlıq

Pxenyandan Tokioya xəbərdarlıq

Dünya
11 января 2026 328 просмотров
Fermerlərin Aİ-Mercosur sazişinə etirazı

Fermerlərin Aİ-Mercosur sazişinə etirazı

Dünya
11 января 2026 328 просмотров
Gürcüstanda turistlər qar uçqunu altında qaldı

Gürcüstanda turistlər qar uçqunu altında qaldı

Dünya
11 января 2026 328 просмотров
Böyük Britaniyanın müdafiə nazirindən gözlənilməz açıqlama - Baku TV CANLI

Böyük Britaniyanın müdafiə nazirindən gözlənilməz açıqlama - Baku TV CANLI

Dünya
11 января 2026 328 просмотров
Venesuela XİN-dən ABŞ ilə bağlı açıqlama - Baku TV

Venesuela XİN-dən ABŞ ilə bağlı açıqlama - Baku TV

Dünya
11 января 2026 328 просмотров
Выбранные
icon