Dubayda ABŞ konsulluğuna dron hücumu | Yaxın Şərqdə vəziyyət necə olacaq? - Baku TV
“Amerika Ordusu yaxın vaxtlarda İrana zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artıracaq”.
Bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında verib.
“Bu zərbələrin miqyasında və intensivliyində dəyişiklik görməyə başlayacaqsınız”, – deyə Rubio bildirib.
O əlavə edib ki, dəyişikliklər yaxın saatlarda və günlərdə baş verəcək.
Dövlət katibi həmçinin martın 3-də Dubayda ABŞ konsulluğuna edilən dron hücumuna da toxunub. Onun sözlərinə görə, pilotsuz uçuş aparatı konsulluq binasına bitişik avtomobil dayanacağına düşüb və nəticədə orada yanğın başlayıb, insan tələfatı isə qeydə alınmayıb.
“Dron zərbəsi konsulluq binasının yaxınlığındakı avtodayanacağa dəyib və bundan sonra yanğın baş verib. Bütün əməkdaşlar yerindədir”, – deyə Rubio əlavə edib.
