Выбрать плеер:
İllərdir axtarılan mafiozun gizləndiyi yer hamını şoka saldı
İtaliya polisi mənzildə istilik radiatorunun arxasında düzəldilən yerdə gizlənən "Kamorra" mafiya qrupunun ən çox axtarılan üzvlərindən birini həbs edib.
Bu barədə yerli polisdən məlumat verilib.
Xəbərə görə, Çiro Andolfi 2022-ci ildən bəri Neapoldakı bir mənzildə gizlənib.
"O, axtarış aparılan mənzilin divarında ustalıqla hazırlanan gizlənmə yerində ələ keçirilib", – deyə polisdən verilən məlumatda bildirilib.
Belə ki, istilik sisteminin arxasında ortaboylu bir adamın sığa biləcəyi qədər boş sahə yaradılıb.
Qeyd olunur ki, Andolfi İtaliyanın ən çox axtarılan 100 cinayətkarının siyahısına daxil edilib. Ələ keçən mafiozu səkkiz ildən çox həbs cəzası gözləyir.
Скопировано
