Выбрать плеер:

İran dronlarına qarşı 1000 dollarlıq Ukrayna texnologiyası | Hamı Kiyevdən bunu istəyir! - Baku TV

25 марта 2026 646 просмотров

Ukraynadakı “SkyFall” fabrikində plastik dronlar 3D printerlərdə yığılır, daha sonra texniki vasitələrlə təchiz edilir. “Şahed” dronlarına qarşı bu aparatlardan istifadə edilir.

Ukrayna Ordusunun məlumatına görə, təkcə fevralda Kiyevdə və ətrafında zərərsizləşdirilən Rusiyanın atdığı dronların 70 %-ni bu tip dronlar vurub.

Effektiv olan bu dron tutanların qiyməti 1000 dollar civarındadır. İran tərəfindən dizayn edilən və hazırda Rusiyanın kütləvi istehsal etdiyi “Şahed-136” dronlarının hər birinin qiyməti isə 50 000 ilə 100 000 dollar arasındadır. Həmin dronları vurmaq üçün onlardan dəfələrlə baha olan raketlərdən istifadə edilirdi.

Müqayisə üçün deyək ki, ABŞ-nin məşhur “Patriot” Hava Hücumundan Müdafiə sistemində istifadə edilən “PAC-3” raketlərinin hər biri 4 milyon dollara başa gəlir. İndi isə 50 min dollarlıq “Şahed”i 1000 dollara vurmaq mümkün olub.

Ukraynanın əldə etdiyi bu böyük inkişaf artıq bütün dünyada maraq yaradıb. Hətta şirkət Ukraynanın ehtiyaclarından əlavə ayda 50 000-ə qədər dron tutanlar istehsal etməyi və onların da 5 000-dən 10 000-nə qədərini ixrac etməyi nəzərdə tutur. Xüsusən də Ukraynadan başqa hazırda Yaxın Şərq ölkələrinin xüsusi təyinatlı obyektəri İran dronlarının, “Şahed”lərin hücumuna məruz qalır.

“Biz Yaxın Şərqdəki tərəfdaşlarımızdan və digər ölkələrdən bununla bağlı sorğular almışıq. Bunların konkret hansı ölkələr olduğu, təşəbbüslər və ya layihələr barədə ətraflı məlumat verə bilmərəm. Məhsulumuz Ukrayna Ordusu üçün, digər ölkələr üçün də dünyanın ən ucuz dronlarıdır. İxrac üçün olsa belə, qiymət yenə də ən ucuz olacaq, çünki dünyada bundan daha ucuz dron tutan yoxdur”, – “SkyFall” dron şirkətinin nümayəndəsi deyib.

Скопировано
Müharibə hədəsi artıq İrana təsir etmir? | Trampın planı işləmir? - Baku TV CANLI

Müharibə hədəsi artıq İrana təsir etmir? | Trampın planı işləmir? - Baku TV CANLI

Dünya
12 апреля 2026 646 просмотров
ABŞ və İran arasında gərgin dialoq

ABŞ və İran arasında gərgin dialoq

Dünya
12 апреля 2026 646 просмотров
Macarıstanda parlament seçkiləri keçirilir

Macarıstanda parlament seçkiləri keçirilir

Dünya
12 апреля 2026 646 просмотров
İsraillilər müharibənin bitməsini tələb edirlər

İsraillilər müharibənin bitməsini tələb edirlər

Dünya
12 апреля 2026 646 просмотров
Beyrut sakinlərindən İsraillə danışıqlara etiraz

Beyrut sakinlərindən İsraillə danışıqlara etiraz

Dünya
12 апреля 2026 646 просмотров
175 ukraynalı hərbi əsir azad edilib

175 ukraynalı hərbi əsir azad edilib

Dünya
12 апреля 2026 646 просмотров
Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 200-ü keçib

Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 200-ü keçib

Dünya
12 апреля 2026 646 просмотров
İsrail XİN Netanyahunun heykəlini partladan İspaniyanı tənqid etdi

İsrail XİN Netanyahunun heykəlini partladan İspaniyanı tənqid etdi

Dünya
12 апреля 2026 646 просмотров
"Artemis II" kapsuluna uçuşdan sonra texniki baxış

"Artemis II" kapsuluna uçuşdan sonra texniki baxış

Dünya
12 апреля 2026 646 просмотров
İran Baş naziri videomüraciət etdi

İran Baş naziri videomüraciət etdi

Dünya
12 апреля 2026 646 просмотров
Выбранные
icon