İsrail Xəzərdə bu gəmiləri vurdu | Genişmiqyaslı hücumlara start verilir? - Baku TV
İsrail Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri ilk dəfə Xəzər dənizində İran hədəflərinə zərbə endirib.
Bu barədə "Axios" portalının müxbiri Barak Ravid İsrail rəsmisinə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
Jurnalistin həmsöhbətinin sözlərinə görə, zərbələrin hədəfi beşdən çox gəmi olub. Bundan əlavə, İsrail Müdafiə Qüvvələri ilk dəfə olaraq İranın şimal hissəsindəki hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb.
"İsrailin Hərbi Hava Qüvvələri Hərbi Dəniz Qüvvələri ilə İsrail Müdafiə Qüvvələrindən alınan kəşfiyyat məlumatlarına əsaslanaraq "Şir nərəsi" əməliyyatı dövründə ilk dəfə İranın şimalındakı hədəflərə zərbələr endirməyə başlayıb", – deyə məlumatda diqqətə çatdırılıb.
Bununla belə, Xəzər dənizi sahilində ən böyük olan eyniadlı limanın yerləşdiyi Bəndər-Ənzəli şəhər administrasiyasının nümayəndəsi obyektin zərbələrə məruz qaldığını təsdiqləyib. ABŞ və İsrail silahlı qüvvələrinin hədəfləri gömrük idarəsinin binası, eləcə də bir sıra digər obyektlər olub.
