Выбрать плеер:

Konqoda Ebola virusundan ölənlərin sayı daha da artdı

20 мая 2026 81 просмотров

Konqoda Ebola virusundan ölənlərin sayı 131 nəfərə çatıb.

Ölkənin səhiyyə nazirinin açıqlamasına əsasən, ümumilikdə 513 nəfərin virusa yoluxduğu ehtimal olunur.

Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətlə əlaqədar Konqo və Uqandada beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.

Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus epidemiyanın miqyası və yayılma sürətindən ciddi şəkildə narahat olduğunu bildirib, epidemiyanın uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq edib.

ÜST həmçinin əvvəlki epidemiyanın iki il davam etdiyini xatırladıb.

“Bu epidemiyanın iki ay ərzində bitəcəyini düşünmürük. Epidemiyanın miqyası bizim reaksiya sürətimizdən, infeksiyanın yayılmasını tez bir zamanda dayandırmaq qabiliyyətimizdən asılı olacaq. Bizim peyvəndimiz yoxdur və buna görə də əhalinin əməkdaşlığına ümid etməliyik”, deyə Təşkilatın açıqlamasında qeyd olunub.

Bu arada, ABŞ Dövlət Departamenti Konqo və Uqandada Ebolanın yayılmasına qarşı mübarizə aparmaq üçün 13 milyon dollar ayırıb.

Qeyd edək ki, son 50 ildə Ebola virusu Afrikada 15 mindən çox insanın həyatına son qoyub. 

Скопировано
Eyfel qülləsinin pilləkənini almaq üçün şərtlər və qiymət

Eyfel qülləsinin pilləkənini almaq üçün şərtlər və qiymət

Dünya
25 мая 2026 81 просмотров
Pezeşkian İranın qəti mövqeyini ABŞ-yə bir daha xatırlatdı - Baku TV CANLI

Pezeşkian İranın qəti mövqeyini ABŞ-yə bir daha xatırlatdı - Baku TV CANLI

Dünya
25 мая 2026 81 просмотров
Mirzoyan Rubionun Ermənistana səfəri ilə bağlı sualları cavablandırdı

Mirzoyan Rubionun Ermənistana səfəri ilə bağlı sualları cavablandırdı

Dünya
25 мая 2026 81 просмотров
Medvedevdən Ermənistanın Baş nazirinə sərt xəbərdarlıq - Baku TV CANLI

Medvedevdən Ermənistanın Baş nazirinə sərt xəbərdarlıq - Baku TV CANLI

Dünya
25 мая 2026 81 просмотров
Tramp bir sıra ölkələri İsraillə münasibətləri normallaşdırmağa çağırıb

Tramp bir sıra ölkələri İsraillə münasibətləri normallaşdırmağa çağırıb

Dünya
25 мая 2026 81 просмотров
"Müddət sona yaxınlaşır" | Serbiya Prezidenti istefa verməsinin mümkünlüyünü bildirdi - Baku TV

"Müddət sona yaxınlaşır" | Serbiya Prezidenti istefa verməsinin mümkünlüyünü bildirdi - Baku TV

Dünya
25 мая 2026 81 просмотров
İran yüksək beynəlxalq nüfuza malik gücə çevriləcək | Naim Qasım

İran yüksək beynəlxalq nüfuza malik gücə çevriləcək | Naim Qasım

Dünya
25 мая 2026 81 просмотров
ABŞ və İran arasında hazırlanan ilkin razılaşmada nələr var?

ABŞ və İran arasında hazırlanan ilkin razılaşmada nələr var?

Dünya
25 мая 2026 81 просмотров
Hərbi əməliyyatlar yenidən başlaya bilər?

Hərbi əməliyyatlar yenidən başlaya bilər?

Dünya
25 мая 2026 81 просмотров
Trampın İranın nüvəsizləşdirilməsi cəhdlərinə Rubiodan reaksiya - Baku TV CANLI

Trampın İranın nüvəsizləşdirilməsi cəhdlərinə Rubiodan reaksiya - Baku TV CANLI

Dünya
25 мая 2026 81 просмотров
Выбранные
icon