Выбрать плеер:
Netanyahu İspaniyanı diplomatik müharibədə ittiham etdi
İsrailin Baş naziri Benyamin Netanyahu İspaniyanın ünvanına sərt bəyanatla çıxış edərək onu düşmənçilik siyasətində və İsraillə diplomatik müharibədə ittiham edib.
“İsrail bizə hücum edənlər qarşısında susmayacaq. İspaniya İsrail Müdafiə Ordusunun əsgərlərinə ləkə yaxdı. Buna görə də mən İspaniya nümayəndələrinin Kiryat-Qatdakı koordinasiya mərkəzində işdən kənarlaşdırılması barədə göstəriş verdim”, – deyə Netanyahu əlavə edib.
Onun sözlərinə görə, terrorçu rejimlər əvəzinə İsraili tənqid edən ölkələr tərəfdaş sayıla bilməzlər.
Xatırladaq ki, İspaniya hökuməti Qəzzadakı müharibəyə görə İsrailin ünvanına sərt tənqidlərlə çıxış edir.
Скопировано
