Netanyahudan son dəqiqə açıqlaması | Hərbi əməliyyat nə qədər davam edəcək?
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı əməliyyatın uğurlu keçdiyini bəyan edib.
“İlk hava hücumları ilə istədiklərimizə nail olduq. Tanrının köməyi ilə bütün məqsədlərə çatacağıq”, – deyə Netanyahu bildirib.
Baş nazir əlavə edib ki, bu əməliyyatlar İrandan İsrailə qarşı yönələn təhlükənin aradan qaldırılması üçün həyata keçirilir və lazım olduğu qədər davam edəcək.
İsrailin müdafiə naziri İsrael Katz isə İrana zərbə endirməsini “dövlət və yəhudi xalqı üçün həlledici an” adlandırıb.
“Vəzifəyə başladığım ilk gündən İranın nüvə proqramının qarşısının alınmasını əsas prioritet kimi müəyyən etdim. Hazırda kritik bir mərhələdəyik – əgər bu fürsəti qaçırsaq, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlimizdə heç bir imkan qalmayacaq”, – deyə müdafiə naziri əlavə edib.
