“Orbiter” tipli zərbə PUA-sı vurulub
"ABŞ İranın infrastrukturuna hücum edərsə, Tehran eyni şəkildə cavab verəcək".
Bu barədə ölkənin xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkədəki obyektlərə zərbələr endiriləcəyi halda cavab tədbirlərinin ABŞ ilə əlaqəli obyektlərə qarşı olacağı barədə xəbərdarlıq edib.
Bəqai qeyd edib ki, İrana qarşı fəaliyyətlərə hər hansı formada cəlb olunmuş istənilən ABŞ obyekti hədəfə çevrilə bilər.
Qeyd edək ki, İran tərəfi Yaxın Şərqdə münaqişə başlayandan bəri onlarla pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb. Məlumata görə, son olaraq Təbriz səmasında ABŞ və İsrail qüvvələrinə məxsus "Orbiter" tipli zərbə PUA-sı vurulub. Bununla da qarşı tərəfin vurulan dronlarının ümumi sayı 168-ə çatıb.
Тег #İran Xarici İşlər Nazirliyi используется
- Əraqçi: “Məsuliyyət yalnız Vaşinqtonun üzərinə düşəcək”
- İran XİN Tehranın tələblərini yenidən dilə gətirib
- "Cavab olaraq regionda ABŞ-yə məxsus obyektlərə zərbələr endirəcəyik" | İsmayıl Bəqayi - Baku TV
- Azərbaycan və İran XİN rəhbərləri nəyi müzakirə etdilər? - Baku TV
- SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanının ölümünü təsdiqləyib
