Pentaqon rəhbərindən İran münaqişəsi ilə bağlı mühüm açıqlama - Baku TV
ABŞ müdafiə bazasını "hərbi vəziyyətə" keçirməyi planlaşdırır.
"Al Jazeera"nin xəbərinə görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə bildirib.
O, ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahına malik olmasının yolverilməzliyi barədə mövqeyini təsdiq edərək qeyd edib ki, ABŞ tərəfi Tehranla razılıq əldə etmək üçün dünyanın ən yaxşı mütəxəssislərini cəlb edib.
Heqset 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollar məbləğində müdafiə büdcəsinə dair Ağ Evin sorğusunu dəstəkləyərək vurğulayıb ki, bu, vəziyyətin təxirəsalınmazlığını əks etdirir. Onun sözlərinə görə, Tramp ABŞ-nin hərbi-sənaye bazasını hərbi vəziyyətə keçirmək niyyətindədir.
Bu arada, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranla bağlı növbəti hesabatını açıqlayıb. Sənəddə bildirilib ki, İranda müharibənin başladığı dövrdən bu yana 21 nəfər edam edilib, 4 mindən çox şəxs isə həbs olunub.
