Выбрать плеер:
Pezeşkiandan İsrailin hücumuna reaksiya | İranla müharibəyə başlamaq o deməkdir ki...
İran Prezidenti Məsud Pezeşkianın administrasiyası İsrailin hücumu ilə bağlı bəyanat yayıb.
Bildirilib ki, İranla müharibəyə başlamaq aslanın quyruğu ilə oynamaqdır. Nüvə proqramı ilə bağlı danışıqlar prosesi davam edərkən gecə saatlarında İsrailin hücum etməsi bu rejimin İrandan necə qorxduğunu göstərir. Son iki yüz ildə heç bir savaşı iranlılar başlatmasa da, öz vətənlərini istənilən hücumdan qoruya biliblər.
Bəyanatda o da qeyd olunub ki, İsrail yalnız güc dili ilə danışa bilir. Buna görə də İran qanı axıdılan hər bir vətəndaşının qisasını alacaq.
Скопировано
