Polşa rəsmiləri Rusiya konsulluğunun binasını ələ keçirməyə cəhd ediblər
Polşa rəsmiləri Qdanskdakı Rusiya Baş Konsulluğunun keçmiş binasına daxil olmağa və onu ələ keçirməyə cəhd ediblər. Lakin heç kim onlara qapını açmayıb.
Bu barədə "Polsat" telekanalı şəhər meriyasının mətbuat xidmətinə istinadən məlumat verib.
"Aydındır ki, ərazidə kimsə var", – deyə Qdansk meriyasının mətbuat xidmətinin rəhbəri İzabela Kozitski-Prus bildirib.
O vurğulayıb ki, bütün tədbirlər Polşa Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilir.
Daha əvvəl bildirildiyinə görə, Polşada Qdanskda fəaliyyət göstərən sonuncu Rusiya konsulluğu da fəaliyyətini dayandırıb.
"Hörmətli Baş Konsulluğun ziyarətçiləri! Polşa hakimiyyətinin qərarı ilə Qdanskdakı konsulluğun bağlanmasını təəssüf hissi ilə elan edirik", – deyə Rusiyanın Qdanskdakı baş konsulu Sergey Semenov videomüraciətində bildirmişdi.
Тег #Polşa используется
- Polşanın Baş nazirindən Avropa liderlərinə xatırlatma | "Dərhal addım atmalıyıq" - Baku TV CANLI
- Polşa Prezidenti Latviyada çirkli avtomobillə qarşılandı
- Rusiyalı arxeoloq Ukraynanın tələbi ilə Polşada saxlanılıb
- Avropa ölkələri Rusiyaya qarşı silahlanma yarışına girib
- Polşa və Fransanın Kiyevlə bağlı mövqeyi necədir?
