Выбрать плеер:

Rəsmi Tehranla Vaşinqton arasında danışıqlar bərpa olunacaq? - Baku TV

25 марта 2026 83 просмотров

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffa gizli şəkildə məlumat verib ki, Ali Rəhbər Müctəba Xamenei ABŞ ilə potensial razılaşma barədə danışıqları təsdiqləyib.

“Ynet” nəşri bu iddia ilə çıxış edib.

Onların məlumatına görə, yeni Ali Rəhbər İranın şərtləri qəbul ediləcəyi təqdirdə müharibəni sona çatdırmağa razıdır.

“The Guardian” isə yazır ki, Vaşinqton və Tehran arasında müharibənin dayandırılması ilə bağlı danışıqlarda ABŞ-nin nümayəndə heyətinə vitse-prezidenti Cey Di Vens rəhbərlik edə bilər. İran tərəfindən isə əsas danışıqçı kimi parlamentin spikeri Məhəmməd Baqer Qalibafın iştirakı proqnozlaşdırılır.

Yeri gəlmişkən, Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır. Bununla bağlı Baş nazir Şahbaz Şərif “X” hesabında paylaşım edib.

“Pakistan regionda və onun hüdudlarından kənarda sülh və sabitlik naminə Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün dialoqun aparılmasına yönələn səyləri alqışlayır və tam dəstəkləyir. ABŞ və İranın razılığı olduğu təqdirdə, Pakistan davam edən münaqişənin hərtərəfli həllinə nail olmaq üçün mənalı və yekun danışıqların keçirilməsinə ev sahibliyi etməyə hazırdır və bundan şərəf duyar”, – deyə Şahbaz Şərif paylaşımında bildirib.

Скопировано
Fars körfəzi akvatoriyasında gözlənilməz zərbə | Yüzlərlə ABŞ hərbçisi... - Baku TV

Fars körfəzi akvatoriyasında gözlənilməz zərbə | Yüzlərlə ABŞ hərbçisi... - Baku TV

Dünya
01 апреля 2026 83 просмотров
İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

İranın Londondakı səfirindən Böyük Britaniya barədə xəbərdarlıq

Dünya
01 апреля 2026 83 просмотров
Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi

Dünya
01 апреля 2026 83 просмотров
Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya çempionatında finala çıxan Bosniya və Herseqovinada bayram ab-havası

Dünya
01 апреля 2026 83 просмотров
Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Hayfada həyəcan siqnalı ilə sığınacaqlara qaçış

Dünya
01 апреля 2026 83 просмотров
Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Beyrutda İsrailin hücumlarından sonra yaranan vəziyyət

Dünya
01 апреля 2026 83 просмотров
Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Krım üzərində təyyarə qəzaya uğradı | Bütün heyət və sərnişinlər həlak oldu - Baku TV CANLI

Dünya
01 апреля 2026 83 просмотров
BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

BƏƏ Hörmüz boğazı üçün hərbi koalisiya yaradılmasını təklif edir?

Dünya
01 апреля 2026 83 просмотров
Qüds küçələrində son vəziyyət necədir?

Qüds küçələrində son vəziyyət necədir?

Dünya
01 апреля 2026 83 просмотров
ABŞ-nin bazasına zərbələr endirildi

ABŞ-nin bazasına zərbələr endirildi

Dünya
01 апреля 2026 83 просмотров
Выбранные
icon