Выбрать плеер:

“Tiktok” sahibi pula pul demir: qazandığı məbləğ açıqlandı

04 октября 2023 278 просмотров

“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance Ltd” 2023-cü ilin birinci rübündə 6 milyard dollardan çox əməliyyat mənfəəti əldə edib.

“The Wall Street Journal” şirkət işçiləri arasında bölüşdürülmüş maliyyə nəticələrinə istinadən yazır ki, bu, 2022-ci ilin birinci rübündən təxminən iki dəfə çoxdur. Bütövlükdə 2022-ci ildə şirkətin xalis mənfəəti 20 milyard dolları keçib, halbuki 2021-ci ildə 7 milyard dollardan çox əməliyyat zərəri ilə başa vurmuşdu.

Qeyd edək ki, “ByteDance”ın səhmləri açıq şəkildə satılmır və şirkət maliyyə nəticələrini açıqlamır. “The Wall Street Journal”ın əldə etdiyi hesabata görə, “ByteDance”ın 2022-ci ildə gəliri 38 faiz artaraq 85,2 milyard dollara çatıb. Bu ilin yanvar-mart aylarında şirkət 24,5 milyard dollar gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. Gəlirlərin artması ilə paralel olaraq şirkət xərclərini azaldır. Belə ki, 2022-ci ildə “ByteDance”ın marketinq xərcləri bir il əvvəlki 19,2 milyard dollarla müqayisədə 14,8 milyard dollara, tədqiqat və inkişaf xərcləri 14,6 milyard dollardan 8,7 milyard dollara, ümumi və inzibati xərclər 8,3 milyard dollardan 4,5 milyard dollara qədər azalıb.

Martın sonunda şirkətin ümumi aktivləri keçən ilin sonundakı 87,6 milyard dollar və 2021-ci ilin sonundakı 64,3 milyard dollara qarşı 95,5 milyard dollar qiymətləndirilib.

Скопировано
Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Dünya
22 декабря 2025 278 просмотров
Hökumət yəhudilərə qarşı baş verən terrordan narahatdır | Avstraliya

Hökumət yəhudilərə qarşı baş verən terrordan narahatdır | Avstraliya

Dünya
22 декабря 2025 278 просмотров
Putin MDB liderlərini Ermitajda gəzdirdi | Sankt-Peterburqdan görüntülər - Baku TV

Putin MDB liderlərini Ermitajda gəzdirdi | Sankt-Peterburqdan görüntülər - Baku TV

Dünya
22 декабря 2025 278 просмотров
Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi öldürüldü - Baku TV CANLI

Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi öldürüldü - Baku TV CANLI

Dünya
22 декабря 2025 278 просмотров
Rusiya nüvə enerjisi ilə işləyən buzqıran gəmilərini burada yerləşdirib

Rusiya nüvə enerjisi ilə işləyən buzqıran gəmilərini burada yerləşdirib

Dünya
22 декабря 2025 278 просмотров
Moskvada partlayış | Rusiya generalı həlak oldu

Moskvada partlayış | Rusiya generalı həlak oldu

Dünya
22 декабря 2025 278 просмотров
Ukrayna Sumıdakı mövqelərindən geri çəkilib

Ukrayna Sumıdakı mövqelərindən geri çəkilib

Dünya
22 декабря 2025 278 просмотров
Yeni qərar İsrail hökuməti tərəfindən təsdiqləndi

Yeni qərar İsrail hökuməti tərəfindən təsdiqləndi

Dünya
22 декабря 2025 278 просмотров
Ukraynanın mövqeyi gücləndirilir? – Danışıqlar barədə son durum

Ukraynanın mövqeyi gücləndirilir? – Danışıqlar barədə son durum

Dünya
22 декабря 2025 278 просмотров
Tokionun gələcəyi haqqında dəhşətli proqnoz

Tokionun gələcəyi haqqında dəhşətli proqnoz

Dünya
22 декабря 2025 278 просмотров
Выбранные
icon