Выбрать плеер:

Tramp Ukraynanın dağılmağına razı olmayacaq... | Kasyanovdan sensasiyalı açıqlama

01 февраля 2025 254 просмотров

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov ukraynalı məşhur aparıcı Dmitri Qordona müsahibə verib.

Mixail Kasyanov ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mümkün qərarlarını və müharibənin gələcək taleyini dəyərləndirib.

M.Kasyanov bildirib ki, Donald Tramp Ukraynanın məğlubiyyətinə razı olmayacaq, çünki bu, ABŞ-nin qlobal liderliyini itirməsi demək olardı:

“Mən dünya iqtisadiyyatının 25%-ni formalaşdıran bir dövlətin lideriyəm və razıyam ki, KQB-nin podpolkovniki dünya nizamını dağıdaraq bizi ikinci plana atdı. Trampın belə bir şey deyəcəyinə inanmıram”.

Onun sözlərinə görə, bütün ABŞ siyasi elitası da belə bir ssenariyə qarşı çıxacaq və Tramp Ukraynanı kapitulyasiyaya məcbur etməyəcək.

Dmitri Qordonun müharibənin nə zaman bitəcəyi ilə bağlı sualına cavabında M.Kasyanov bildirib ki, müsbət ssenari üzrə münaqişə 2025-ci ilin sonuna qədər həll oluna bilər:

“May-iyun aylarında Tramp Ukraynaya dəstəyini ikiqat artırır, bu vaxta qədər neftin qiymətlərini aşağı salır və nəticədə Putin həm iqtisadi, həm də hərbi baxımdan sıxışdırılaraq real danışıqlara razı olmağa məcbur olur”.

Lakin M.Kasyanov müharibənin tezliklə bitəcəyinə inanmadığını bildirib:

“Sürətli son demək, sabah Ukraynanı kapitulyasiyaya məcbur etməkdir. Mən əminəm ki, Tramp bunu etməyəcək, çünki ABŞ-nin siyasi elitası belə bir qərarı qəbul etməz”.

Onun fikrincə, Tramp Ukraynaya dəstəyi artıraraq Putini danışıqlara məcbur edəcək, lakin müharibə qısa müddətdə bitməyəcək.

M.Kasyanovun bu açıqlamaları Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı gələcək siyasəti barədə müzakirələri daha da gücləndirib. ABŞ-nin Rusiya ilə münasibətləri və müharibənin gedişatı ilə bağlı qeyri-müəyyənlik hələ də qalır.

Скопировано
Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Tehranın İraqdakı qüvvələrinə qarşı genişmiqyaslı hücum olacaq?

Dünya
22 декабря 2025 254 просмотров
Hökumət yəhudilərə qarşı baş verən terrordan narahatdır | Avstraliya

Hökumət yəhudilərə qarşı baş verən terrordan narahatdır | Avstraliya

Dünya
22 декабря 2025 254 просмотров
Putin MDB liderlərini Ermitajda gəzdirdi | Sankt-Peterburqdan görüntülər - Baku TV

Putin MDB liderlərini Ermitajda gəzdirdi | Sankt-Peterburqdan görüntülər - Baku TV

Dünya
22 декабря 2025 254 просмотров
Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi öldürüldü - Baku TV CANLI

Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi öldürüldü - Baku TV CANLI

Dünya
22 декабря 2025 254 просмотров
Rusiya nüvə enerjisi ilə işləyən buzqıran gəmilərini burada yerləşdirib

Rusiya nüvə enerjisi ilə işləyən buzqıran gəmilərini burada yerləşdirib

Dünya
22 декабря 2025 254 просмотров
Moskvada partlayış | Rusiya generalı həlak oldu

Moskvada partlayış | Rusiya generalı həlak oldu

Dünya
22 декабря 2025 254 просмотров
Ukrayna Sumıdakı mövqelərindən geri çəkilib

Ukrayna Sumıdakı mövqelərindən geri çəkilib

Dünya
22 декабря 2025 254 просмотров
Yeni qərar İsrail hökuməti tərəfindən təsdiqləndi

Yeni qərar İsrail hökuməti tərəfindən təsdiqləndi

Dünya
22 декабря 2025 254 просмотров
Ukraynanın mövqeyi gücləndirilir? – Danışıqlar barədə son durum

Ukraynanın mövqeyi gücləndirilir? – Danışıqlar barədə son durum

Dünya
22 декабря 2025 254 просмотров
Tokionun gələcəyi haqqında dəhşətli proqnoz

Tokionun gələcəyi haqqında dəhşətli proqnoz

Dünya
22 декабря 2025 254 просмотров
Выбранные
icon