Выбрать плеер:

“Trampın məqsədlərinin böyük hissəsinə nail olunub” | Albaniz

02 апреля 2026 61 просмотров

Avstraliya hökuməti Yaxın Şərq münaqişəsinin yaratdığı qlobal iqtisadi sarsıntıların təsirləri ilə üzləşən yerli müəssisələrə 4 milyard dollardan çox dəstək ayırmaq qərarına gəlib.

Bu barədə Baş nazir Entoni Albaniz bildirib.

Onun sözlərinə görə, 4,1 milyard dollarlıq vəsait sürətləndirilmiş rejimdə veriləcək və yerli istehsalı, şirkətləri dəstəkləmək, onların təchizat zəncirlərini bazar şoklarından qorumaq üçün nəzərdə tutulub:

“Bu gün elan edirəm ki, iqtisadi dayanıqlılıq proqramımız çərçivəsində istehsal və yanacaq sahəsində fəaliyyət göstərən bizneslər üçün bu münaqişənin iqtisadi təsirləri ilə mübarizə aparmaq məqsədilə 1 milyard Avstraliya dolları məbləğində faizsiz kreditlər ayrılacaq. Hökumətimiz onların, eləcə də bu təchizat zəncirlərindən asılı olan fermerlərin və istehsalçıların bu çətin dövrü keçə bilməsi üçün kredit imkanlarını genişləndirəcək. Heç bir hökumət bu qlobal böhranın yaradacağı təzyiqləri tamamilə aradan qaldıracağına söz verə bilməz. Amma biz onun ən ağır təsirlərinə qarşı bir bufer ola bilərik”.

Albaniz vurğulayıb ki, bu tədbirlər dövlətin nəqliyyat infrastrukturunun sabit işləməsini təmin edəcək və əsas istehsal proseslərini dəstəkləyəcək.

Bundan başqa, Baş nazir Yaxın Şərq regionunda cərəyan edən müharibə ilə bağlı da fikirlər səsləndirib.

“Mən mövqeyimi açıq şəkildə bildirmişəm: biz gərginliyin azaldılmasını istəyirik. Çıxışımda da qeyd etdiyim kimi, Prezident Trampın İrana qarşı əməliyyata başlayarkən irəli sürdüyü məqsədlərin əksəriyyətinə nail olunub. İndi biz gərginliyin azaldılmasını istəyirik. Həmçinin bu vəziyyətin dünya üzrə yaratdığı iqtisadi təsirlərin də nəzərə alınmasını vacib hesab edirik”, – deyə o bildirib.

Скопировано
İranda ölkənin müdafiəsinə hazır olduqlarını bəyan edənlərin sayı rekord həddə çatıb

İranda ölkənin müdafiəsinə hazır olduqlarını bəyan edənlərin sayı rekord həddə çatıb

Dünya
02 апреля 2026 61 просмотров
Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur | Zəki Aktürk

Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur | Zəki Aktürk

Dünya
02 апреля 2026 61 просмотров
Trampın xəbərdarlığından sonra ölkələr vəlvələyə düşdü - Baku TV CANLI

Trampın xəbərdarlığından sonra ölkələr vəlvələyə düşdü - Baku TV CANLI

Dünya
02 апреля 2026 61 просмотров
Paşinyan Putinin bu xahişini niyə yerinə yetirmədi?

Paşinyan Putinin bu xahişini niyə yerinə yetirmədi?

Dünya
02 апреля 2026 61 просмотров
İran Ordusunun baş komandanından Vaşinqtona sərt xəbərdarlıq - Baku TV CANLI

İran Ordusunun baş komandanından Vaşinqtona sərt xəbərdarlıq - Baku TV CANLI

Dünya
02 апреля 2026 61 просмотров
Avstraliya bizneslərə 4 milyard dollardan çox dəstək verəcək

Avstraliya bizneslərə 4 milyard dollardan çox dəstək verəcək

Dünya
02 апреля 2026 61 просмотров
Paşinyanın Moskvada 1 aprel sınağı | Ermənistanda “soyuq savaş”ın ilk qığılcımları - Baku TV

Paşinyanın Moskvada 1 aprel sınağı | Ermənistanda “soyuq savaş”ın ilk qığılcımları - Baku TV

Dünya
02 апреля 2026 61 просмотров
İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ | Sunami xəbərdarlığı edildi

İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ | Sunami xəbərdarlığı edildi

Dünya
02 апреля 2026 61 просмотров
İnsanlığın indiyə qədərki ən uzaq kosmik səfərlərdən biri həyata keçiriləcək

İnsanlığın indiyə qədərki ən uzaq kosmik səfərlərdən biri həyata keçiriləcək

Dünya
02 апреля 2026 61 просмотров
Rusiya və Ermənistan liderlərinin Moskva görüşündə diqqətçəkən məqam - Baku TV CANLI

Rusiya və Ermənistan liderlərinin Moskva görüşündə diqqətçəkən məqam - Baku TV CANLI

Dünya
02 апреля 2026 61 просмотров
Выбранные
icon