Выбрать плеер:

Azərbaycanın qlobal İslam maliyyəsi bazarına inteqrasiyasında sukukun rolu - Baku TV

24 июня 2026 75 просмотров

Mərkəzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda bildirib ki, Azərbaycanda ilk sukukun buraxılışına hazırlıq gedir.

Sədr qeyd edib ki, Mərkəzi Bank Azərbaycanda sukukun tətbiqi üçün əlverişli mühitin formalaşdırılması məqsədilə İslam İnkişaf Bankı ilə birgə layihə həyata keçirir.

Məlumat üçün bildirək ki, sukuk istiqrazların islam ekvivalentidir. Lakin istiqrazdan fərqli olaraq sukukda konkret faiz gəliri olmur. Sukuk, yəni islam istiqrazlarını buraxan tərəf alıcıya faiz deyil, layihədən əldə etdiyi real gəlirin bir hissəsini ödəyir. Yəni sukuku buraxan tərəf gəlirlə işləməsə, onun alıcısı gəlir əldə edə bilmir. Bu mənada, sukuk istiqraz və səhmin birgə forması sayılır. Sukukun alıcısı onu buraxan təşkilatın əmlakının sahiblərindən birinə çevrilir.

Bu xüsusiyyətləri nəzərə alanda Azərbaycanda sukukun tətbiqinin əhəmiyyəti nə ola bilər?

İqtisadçı Eyyub Kərimli hesab edir ki, sukuk bazarı uğurla formalaşdırılsa, ölkəmizin maliyyə mərkəzi kimi mövqeyi gücləndirilə bilər, həmçinin Körfəz ölkələrindən daha çox kapital cəlb edilər və xüsusilə də yaşıl enerji, logistika və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlavə resurs əldə edilə bilər:

“Belə ki, bu, ölkənin qeyri-neft sektorunun maliyyələşməsi imkanlarına da ciddi təsir göstərəcək. Hesab edirəm ki, sukukun tətbiqi ölkəni qlobal islam maliyyəsi bazarına inteqrasiya edən strateji körpü rolunu oynayır. Bu addım xarici investisiyanın artırılmasına, maliyyə bazarlarının dərinləşdirilməsinə və iri infrastruktur layihələrinin daha əlverişli maliyyələşdirilməsinə imkan verə biləcək”.

Скопировано
Kommunal xərclər niyə Bakı ilə İrəvan arasında bu qədər fərqlidir? - AKTUAL GÜNDƏM

Kommunal xərclər niyə Bakı ilə İrəvan arasında bu qədər fərqlidir? - AKTUAL GÜNDƏM

İqtisadiyyat
26 июня 2026 75 просмотров
Avtomobil idxalındakı tendensiyalar yenidən qiymətləndiriləcək - Baku TV

Avtomobil idxalındakı tendensiyalar yenidən qiymətləndiriləcək - Baku TV

İqtisadiyyat
25 июня 2026 75 просмотров
İdxalda 3,4 milyard manatlıq güzəşt: Nəticələr araşdırılır - Baku TV

İdxalda 3,4 milyard manatlıq güzəşt: Nəticələr araşdırılır - Baku TV

İqtisadiyyat
25 июня 2026 75 просмотров
SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV

SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV

İqtisadiyyat
24 июня 2026 75 просмотров
Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV

Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV

İqtisadiyyat
24 июня 2026 75 просмотров
Bakıda 300-dən çox biznes lideri bir araya gəldi - Baku TV

Bakıda 300-dən çox biznes lideri bir araya gəldi - Baku TV

İqtisadiyyat
24 июня 2026 75 просмотров
Azərbaycanda halal iqtisadiyyatın perspektivləri | Hansı sahələrdə imkanlar mövcuddur? - Baku TV

Azərbaycanda halal iqtisadiyyatın perspektivləri | Hansı sahələrdə imkanlar mövcuddur? - Baku TV

İqtisadiyyat
23 июня 2026 75 просмотров
Azərbaycanda karbamid istehsalı azalıb | Dövlət Statistika Komitəsinin son hesabatı - Baku TV

Azərbaycanda karbamid istehsalı azalıb | Dövlət Statistika Komitəsinin son hesabatı - Baku TV

İqtisadiyyat
22 июня 2026 75 просмотров
İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İqtisadiyyat
20 июня 2026 75 просмотров
"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

İqtisadiyyat
19 июня 2026 75 просмотров
Выбранные
icon