Выбрать плеер:
Cənub Qaz Dəhlizinin strateji rolu vurğulanıb - Baku TV
“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun enerji təhlükəsizliyi və beynəlxalq əlaqələr üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb.
Görüş zamanı Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində, etibarlı və uzunmüddətli qaz təchizatının təmin edilməsində strateji rolu vurğulanıb.
Görüşdə həmçinin 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının enerji əməkdaşlığının daha da genişləndirilməsi və Avropaya qaz təchizatının artırılması baxımından əhəmiyyəti qeyd olunub.
Скопировано
