Выбрать плеер:
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı milyonu keçdi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayının 1 milyonu keçdiyini açıqlayıb. 2025-ci ilin oktyabr ayının 1-nə olan məlumata görə, bu göstərici 1 milyon 11 min 208 təşkil edir. Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 87,3 faiz artım deməkdir. Əmək müqavilələrinin ümumi sayının 54,1%-i qeyri-neft özəl sektorunun payına düşür. Artım əsasən xidmət, ticarət və tikinti sahələrində müşahidə olunub.
Скопировано
