SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb - Baku TV
SOCAR-la “Honeywell” şirkəti arasında əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbində yaradılan Əməliyyat Texnologiyaları Akademiyasının açılışı olub.
SOCAR-ın yaydığı məlumata görə, Akademiyanın yaradılması şirkətin 2035-ci ilə kimi təsdiqlənmiş Koorporativ Strategiyasına uyğun olaraq insan kapitalının inkişafı və rəqəmsallaşma istiqamətində növbəti mühüm addım hesab olunur. Bu baxımdan Akademiya SOCAR-ın istehsalat sahələrində rəqəmsal transformasiyanın sürətləndirilməsinə, əməliyyat təhlükəsizliyinin və etibarlılığının artırılmasına xidmət edəcək.
Açılış mərasimində qonaqlar təlim-simulyasiya avadanlıqlarının iş prinsipi, həmçinin mərkəzin təmirdən əvvəlki və sonrakı vəziyyəti barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, bu təşəbbüs SOCAR-ın istehsalat proseslərinin rəqəmsallaşdırılması ilə yanaşı, əməkdaşlarının da rəqəmsal bacarıqlarının inkişafına verdiyi prioritetin, eləcə də gələcəyə və innovasiyaya fokuslanan yanaşmasının daha bir real göstəricisidir.
Qeyd edək ki, qlobal texnologiya şirkəti olan “Honeywell” qabaqcıl avtomatlaşdırma, təhlükəsizlik və mühəndislik həlləri üzrə ixtisaslaşıb.
Тег #SOCAR используется
- Səmərəliliyi qorumaq üçün bütün imkanlar nəzərdən keçirilir - Baku TV
- "Azərbaycana təşəkkür edirik" | SOCAR-dan Ukrayna xalqı üçün humanist addım - Baku TV
- SOCAR Yaponiyanın bu şirkəti ilə əməkdaşlığa başlayır - Baku TV
- "Qərbi Abşeron" yatağında ən yüksək göstərici qeydə alındı - Baku TV
- Kot-d'İvuarda yerləşən neft-qaz yatağından 2023-cü ildən hasilata başlanılıb - Baku TV
