Pleyeri seçin:

Azərbaycan “Bir kəmər, bir yol”un kəsişmə nöqtəsi olacaq?

30 aprel 2025 692 baxış

Azərbaycanla Çin arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri daha da genişlənir.

Dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayır. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb.

Prezident İlham Əliyevin son Çin səfəri bu əlaqələrin daha da sürətlə inkişaf etməsinə zəmin yaradıb. Azərbaycan və Çin arasında diplomatik münasibətlər qurulduqdan sonra hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi qarşılıqlı etimad mühitinin yaranmasına səbəb olub.

İki ölkə arasında ticarət dövriyyəsi hər il daha da artır. Qeyri-neft sektorunda əməkdaşlıq var. Enerji sahəsində də birgə işlər görülür. Çin şirkətləri SOCAR ilə əməkdaşlığa xüsusi önəm verir. Gələcəkdə Xəzər dənizindəki enerji resurslarının Asiyaya nəqli ilə bağlı razılıq əldə edilə bilər. Bu isə Azərbaycanın Qərblə yanaşı, Şərqin də enerji təchizatında aparıcı rola malik olması ilə nəticələnəcək.

Çinin son zamanlar Qərb bazarına maraq göstərməsi Azərbaycanın tranzit əhəmiyyətini artırır. Rəsmi Bakı "Bir kəmər, bir yol" layihəsinə böyük maraq göstərir və bu proyekt ölkəmizə böyük imkanlar qazandırır. Azərbaycan Trans-Xəzər beynəlxalq nəqliyyat qovşağı və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Asiya ilə Avropa arasında mühüm logistika mərkəzinə çevrilib.

İki ölkə arasında mədəni-humanitar sahədə də əməkdaşlıq inkişaf edir. Azərbaycanda çin dili və mədəniyyətini təbliğ edən Konfutsi İnstitutu fəaliyyət göstərir. Çində təhsil alan Azərbaycan gənclərinin sayında da ciddi artım müşahidə edilir.

Azərbaycan və Çin arasında strateji əməkdaşlıq regional sabitlik və qlobal inteqrasiya baxımından xüsusi önəm daşıyır. Bütün bunlar gələcəkdə Azərbaycan-Çin əməkdaşlığının daha sıx xarakter alacağından xəbər verir.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 692 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 692 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 692 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 692 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 692 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 692 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 692 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 692 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 692 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 692 baxış
Seçilmişlər
icon