Azərbaycanlı deputat Avropanın növbəti ikiüzlülüyünü ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycana qarşı ikili standartlardan yanaşan Avropa Şurasının komissarı Dunya Miyatoviçi ifşa edib.
Belə ki, millət vəkili Avropa Şurası Parlament Assambleyasının bu həftə başlayan qış sessiyasında məruzə ilə çıxış edən Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin regiona son səfərinə dair hesabatına Ermənistandan qovulmuş azərbaycanlılar məsələsini qəsdən daxil etməməsinə diqqəti yönəldərək komissardan bu etnik diskriminasiyanın səbəblərinə və öz dürüstlüyünü qorumaq üçün bütün etnik qruplara qərəzsiz yanaşmanı necə təmin etdiyinə dair izahat verməsini tələb edib.
Miyatoviç Ermənistanda Azərbaycandan köçürülmüş ermənilərlə, Azərbaycanda isə Ermənistandan qovulmuş azərbaycanlılarla görüşsə də, hesabatını müstəsna olaraq ermənilərə həsr edib və bir kəlmə də olsun azərbaycanlılardan bəhs etməyib.
Bütün bunlar Avropa Şurasının necə miskin durumda olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası başqa olmaqla insan hüquqları mexanizmlərindən mənfur məqsədlər üçün necə sui-istifadə edildiyini bariz şəkildə göstərir.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
