Pleyeri seçin:

Bakıda qətlə yetirilməsi hədəflənən yəhudi icması üzvünün kimliyi məlum olub

20 yanvar 2025 526 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, bu gün 20 Yanvar faciəsinin günahsız qurbanları ehtiramla yad olunub. Xarici KİV-də həm bu günün tarixindən, həm də ölkəmizin siyasi mövqeyindən, uğurlarından bəhs edən xəbərlər təqdim olunub.

İordaniyanın “Ammon News” nəşrində “Qara Yanvar faciəsinin 35-ci ildönümü” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən bəhs olunur, Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisələr aparılıb.

Bildirilib ki, misirli alim Şeyx Məhəmməd əl-Ğəzali “Acı həqiqət” kitabında 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayıb, Azərbaycan xalqının beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığı qeyd olunub.

Çinin “Global Times” nəşri xəbər verir ki, bu ölkənin Ticarət Nazirliyi bildirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Çin və Azərbaycan Bakıda ikitərəfli bazara çıxış danışıqlarının birinci mərhələsini keçiriblər.

Mənbə yazıb ki, hər iki tərəf mal və xidmət ticarəti ilə bağlı ətraflı müzakirələr apararaq müəyyən konsensus əldə ediblər. Tərəflər həmçinin sonrakı danışıqları sürətləndirmək və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına erkən daxil olmasını dəstəkləmək barədə razılığa gəliblər.

İsrailin “i24News” nəşri oxucularının diqqətinə çatdırıb ki, Azərbaycanda yəhudi icmasının liderinə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər həbs edilib.

Qeyd olunub ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ölkənin yəhudi icmasının yüksəkvəzifəli nümayəndəsinə qarşı sui-qəsdin qarşısını alıb. Mənbə hüquq-mühafizə orqanlarının məlumatına əsasən xəbər verib ki, terror aktını təşkil etməkdə iki nəfər şübhəli bilinib – Azərbaycan vətəndaşı Aqil Aslanov və Gürcüstan vətəndaşı Ceyhun İsmayılov.

Yəhudi icmasından mənbəyə bildirilib:

“Biz bu işdən xəbərdarıq və kimin hədəfə alındığını bilirik. O, İsrail-Azərbaycan əlaqələrinin inkişafı üçün çalışan bir fiqurdur və mətbuatda adı mütəmadi olaraq çəkilir”. 

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 526 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 526 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 526 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 526 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 526 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 526 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 526 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 526 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 526 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 526 baxış
Seçilmişlər
icon