Pleyeri seçin:

Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

08 fevral 2026 619 baxış

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksi ilə tanış olublar.

Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışı həyata keçirilən bu Kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olan günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Leyla Əliyeva və Alena Əliyeva həmçinin Gəncədə Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib.

Görüş zamanı qəhrəmanımızın xatirəsi dərin hörmətlə yad edilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb, şəhidin şərəfli ömür və döyüş yolu bir daha xatırlanıb.

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini də ziyarət ediblər, onlara "Qurani-Kərim" hədiyyə olunub.

Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə də olublar.

Səfər çərcivəsində Leyla Əliyeva və Alena Əliyeva Gəncə Dövlət Dram Teatrında "İsi və Piti" animasiya serialının premyerasında iştirak ediblər. Eləcə də Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar.

Banner
Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Media və Yayım Şurası diqqətli olmağa çağırır - Baku TV

Siyasət
12 oktyabr 2026 619 baxış
İran ideoloji suverenliyimizi sınağa çəkir?

İran ideoloji suverenliyimizi sınağa çəkir?

Siyasət
12 oktyabr 2026 619 baxış
“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

“Güclü Bakı Tehrandakı rejim üçün ciddi təhdid və təhlükədir” | Siyasi şərhçi

Siyasət
12 oktyabr 2026 619 baxış
Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Ukraynalı uşaqlara Azərbaycanda psixoloji dəstək göstəriləcək - ANA XƏBƏR

Siyasət
12 oktyabr 2026 619 baxış
Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV

Siyasət
12 oktyabr 2026 619 baxış
Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV

Siyasət
12 oktyabr 2026 619 baxış
"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

"ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV

Siyasət
12 oktyabr 2026 619 baxış
Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Azərbaycanla Kamboca arasında üç saziş imzalanıb - Baku TV

Siyasət
12 oktyabr 2026 619 baxış
Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Məktəblərdə vahid geyim qaydaları kimləri narahat edir? - AKTUAL GÜNDƏM

Siyasət
12 oktyabr 2026 619 baxış
Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Prezident İlham Əliyev İsgəndər Momenini qəbul edib - Baku TV

Siyasət
12 oktyabr 2026 619 baxış
Seçilmişlər
icon