Erməni analitik ölkəsinin addımlarını şərh etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərb və NATO Rusiyaya qarşı birbaşa döyüşmək istəmir. Onlar bunu Ermənistanın əli ilə etmək niyyətindədir”.
Belə bir bəyanatla Amerika Birləşmiş Ştatlarında yaşayan “Luys” analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan çıxış edib.
Erməni mətbuatına verdiyi açıqlamalarda o, Qərbin ölkəsinin oyuncaq kimi istifadə etməsindən danışıb:
“Bilirsiniz, Fransa erməniləri müdafiə etməyi öz ləyaqətindən aşağı hesab edir. “Fransa Ermənistanın dostudur” ifadəsi də mifdir. Belə bir müharibə yaşansa, həm ermənilər, həm onlara havadarlıq edənlər uduzacaqlar. Çünki bu, nüvə qarşıdurmasına gətirəcək.
Hadisələr dalana dirənəndə NATO tərəflərə səslənərək deyəcək ki, danışıqlar aparılmalıdır. Bir həqiqət var ki, Qərb özü Rusiyaya qarşı vuruşmaq istəmir. Ona görə də super güclər ön cəbhəyə ukraynalıları, erməniləri, gürcüləri, kazakları itələyir. Bir sözlə, Qərb həmin xalqlardan Rusiyaya qarşı silah kimi istifadə edir”.
Ermənistanın anti-Rusiya mövqeyi ətrafında gedən söhbətlər səngimək bilmir. Yarandığı gündən Rusiyanın kuklası olan Ermənistanın böyük ağasına qarşı çıxmasının Paşinyan hökuməti üçün nələrə səbəb olacağını isə zaman göstərəcək.
#Ayk Ayvazyan teqi istifadə olunub
