Erməni kişilər Qarabağdan qaçır
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndidəki marionet rejimin tör-töküntülərinin oradan kütləvi qaçışı davam edir.
Separatçılar törətdikləri cinayətlərə və qaranlıq əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verəcəklərini bildikəri üçün müxtəlif bəhanələrlə Qarabağı tərk edirlər. Onların bir hissəsi isə Azərbaycan əsgəri ilə bir daha üz-üzə gəlməmək üçün “asta qaçan namərddir” deyib aradan çıxır.
Qeyd edək ki, xunta rejimi heç də hamıya Xankəndini tərk etmək icazəsi vermir. Bu hüquq separatçı rejim tərəfindən yalnız özlərinin müəyyən etdiyi şəxslər üçün tanınır. Bu mənzərə isə Qarabağın erməni əhalisinin böyük narazılığına səbəb olub. Onlar bu qərara sosial şəbəkələrdə etiraz edirlər.
Belə ki, erməni bloger Karen Şirinyan sosial şəbəkə hesabında çağırış edərək yaşlı ermənilərin kütləvi şəkildə Xankəndidən qaçması barədə yazaraq separatçı rejimə etirazını bildirib: “Necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmir, amma “yuxarıların” müəyyən etdiyiniz adamları buradan gedirlər? Azərbaycan tərəfi “Laçın” buraxılış-keçid məntəqəsindən gedən bütün şəxslərin fotolarını çəkərək dərc edir. Deməyin ki, bu adamlar yararsızdırlar və ya müalicəyə gedirlər. Mən buna qarşı deyiləm, kim istəyir qoyun getsin. Mən ona qarşıyam ki, niyə hamının buradan istədiyi vaxt çıxıb getmək hüququ və imkanı yoxdur?”.
Erməni bloger 44 günlük müharibə vaxtı belələrinin quzu kimi arvadlarının arxasında gizləndiklərini və ya İrəvana qaçaraq orada əyləndiklərini qeyd edib. “Burada 18 yaşlı uşaqları qoyub qaçmışdılar. Amma müharibədən sonra qeri dönərək medallar aldılar”, – deyə o etirazını bildirib.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
