Pleyeri seçin:

Erməni separatçılara ABŞ-dən dəstək: 30 illik işğalı dəstəkləyən ikiüzlü ölkə

17 sentyabr 2023 198 baxış

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi otuz illik işğal dövrü artıq geridə qalıb.

Müharibədən sonra işğaldan azad olunan ərazilərdəki vəziyyət erməni minnətçiliyinin əsl simasını dünyaya nümayiş etdirdi: işğal, vandalizm, narkotiklərin qanunsuz dövriyyəsi, terror düşərgələri və s.

İndi inkar olunmaz bir həqiqət ortadadır: otuz illik işğalda təcavüzkar Ermənistan Azərbaycana qarşı çoxşaxəli cinayətlərdə nə qədər məsuliyyət daşıyırsa, ona havadarlıq edən tərəflərin də beynəlxalq hüquq qarşısında eyni dərəcədə cavabdehliyi var. Burada ATƏT-in Minsk qrupunun məsulliyyəti xüsusilə ağır və konkretdir. Lakin təəssüf ki, ATƏT-in Minsk qrupu mövcud olduğu dövrdə heç bir faydalı iş görmədi. Bu qrupun həmsədri kimi ABŞ da öz növbəsində bu və ya digər şəkildə ikili standartlar nümayiş etdirdi. Bölgəyə davamlı olaraq turist səfərləri edən həmsədrlər işğala məruz qalan Azərbaycan ilə işğalçı Ermənistana eyni münasibət bəsləməklə təcavüzkar tərəfi qanunsuz fəaliyyətinə həvəsləndirdilər. Əsasən işğalçı tərəfin maraq və mənafelərinə xidmət edən bəyanatlar səsləndirildi.

ATƏT-in Minsk qrupu və onun həmsədrlərindən biri olan ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il minatəmizləmə adı altında milyonlarla dollar yardım verildi. Xankəndidəki xunta rejimi isə bu adla aldığı vəsaitin bir hissəsini Ermənistandakı mina zavodlarına köçürərək böyük sayda yeni minalar aldı və minalanmış sahələri daha da genişləndirdi.

Xankəndini özünə terror bunkeri seçən separatçılar davamlı olaraq ABŞ-yə səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar. ABŞ-nin müxtəlif şəhərlərində saxta marafonlar keçirib separatçı rejim üçün böyük məbləğdə pullar topladılar. Məhz ABŞ-də Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi. Sadaladığımız faktlar ATƏT-in Minsk qrupunun keçmiş Qarabağ münaqişəsindən əvvəl tarixə qovuşmasına səbəb oldu.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 198 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 198 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 198 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 198 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 198 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 198 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 198 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 198 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 198 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 198 baxış
Seçilmişlər
icon