Ermənilər Türkiyədən niyə Keşişkəndə köçürülüb? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində insanlar, millətlər arasında düşmənçilik toxumu səpən ermənilərin izitirmə hiyləgərliyinin qurbanı olan Keşişkənd rayonu haqqında süjet hazırlanıb.
“Daşnak Yaponun azərbaycanlılara yaşatdığı dram” adlı süjetdə Qərbi Azərbaycan ərazilərində əsrlərdən bəri mövcud olan, lakin haylar tərəfindən viran qoyulan oğuz türklərinə məxsus yaşayış yerlərinin izini itirməyin ermənilər üçün əsas hədəf olduğu bildirilib.
Qeyd olunub ki, indiki Ermənistanın Dərələyəz mahalı ərazisində yerləşən Keşişkəndə erməni əhali 1829-1830-cu illərdə Çar Rusiyası tərəfindən İran və Türkiyədən köçürülüb. Buradan 1897, 1922, 1926, 1931 və 1940-cı illərdə yaşayan azərbaycanlılar məcburən qovulublar. Rayon ərazisi 1905, 1916-1918-ci illərdə erməni daşnaklarının hücumlarına məruz qalıb.
1918-ci ilin yazında daşnak Yaponun hücumlarından yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq Güney Azərbaycanda sığınacaq tapıb. Həmin əhali sonradan Naxçıvandan keçərək öz yurdlarına qayıdıb. 1920-ci ildə rayon ərazisində sırf 66 azərbaycanlı kəndi olduğu halda, 1988-ci il deportasiyasına qədər bu say yeddiyə düşüb.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Bir vaxtlar azərbaycanlıların yaşadığı kənddə bu gün nə qalıb? | 120 illik ad niyə dəyişdirildi?
- Azərbaycanlıların Ermənistana qayıdışı beynəlxalq müstəvidə həll olunur? - AKTUAL GÜNDƏM
- Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
- Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi
- Beynəlxalq tribunada Qərbi Azərbaycan həqiqətləri | Tehran Vaşinqtonu ittiham edib - YENİ BİR SƏHƏR
