Pleyeri seçin:

Ermənistan ərazisi 10 min kvadratkilometrə qədər azala bilər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

04 aprel 2024 447 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Ermənistan ərazisi 10 min kvadratkilometrə qədər azala bilər” adlı süjetdə Qərb və Rusiya arasında geosiyasi mübarizə burulğanına düşən Ermənistan ətrafında çəmbərin hər keçən gün daha da daralmasından və artıq bu ölkənin mövcud siyasi xəritəsinin dəyişməsindən bəhs edilir.

Bildirilib ki, Moskvadan sürətlə uzaqlaşan Nikol Paşinyan Qərb qüvvələrini bölgəyə gətirməkdə israrlıdır. İndiyə qədər Avropa İttifaqının “mülki missiyası” adı altında 1 500 nəfərlik qüvvə Ermənistana yerləşdirilib. Bu missiyanın tərkibində Avropa İttifaqının üzvü olmayan Kanadanın timsalında NATO qüvvələri də yer alır, o cümlədən Norveç və ABŞ-nin də missiyaya qoşulması gözləntiləri var.

Bununla yanaşı, Fransa Ermənistanın silahlandırılmasını üzərinə götürməklə Rusiyanın bu ölkədəki, həm də bölgədəki mövqelərini əlindən almağa çalışır. Ermənistan-Avropa İttifaqı-ABŞ formatının yaranması ilə prosesin daha da sürətlənəcəyi, Qərbin kollektiv şəkildə Ermənistana və Ermənistan üzərindən bölgəyə daxil olacağı proqnozlaşdırılır. Təbii ki, hadisələrin inkişafı Rusiyanın bölgədən sıxışdırılmasına doğru gedir.

Diqqətə çatdırılıb ki, Ermənistanda toqquşma daha qanlı olacaq və bu ölkənin xəritəsinin dəyişməsi ilə nəticələnəcək. Ermənistanın siyasi xəritəsinin dəyişməsi Qərbi Azərbaycanın işğaldan azad olması ilə mümkün ola bilər. Bu perspektiv fonunda İrəvanda gedən müzakirələrdə Ermənistanın ərazisinin 10 min kvadratkilometrə qədər azalacağı, Göyçə və Basarkeçərin Azərbaycana təhvil veriləcəyi haqqında fikirlər irəli sürülür. Erməni ekspertlərin fikrincə, Qazaxın dörd kəndinin qaytarılması prosesin başlanğıcı olacaq.

Banner
Prezident İlham Əliyev Maka Boçorişvili ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident İlham Əliyev Maka Boçorişvili ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
24 noyabr 2026 200 baxış
Ermənistanda azərbaycanlılardan qalan miras | Qəbir daşlarında yaşayan tarix

Ermənistanda azərbaycanlılardan qalan miras | Qəbir daşlarında yaşayan tarix

Siyasət
24 noyabr 2026 127 baxış
Bir zamanlar azərbaycanlıların yaşadığı İnqala kəndi necə sahibsiz qaldı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Bir zamanlar azərbaycanlıların yaşadığı İnqala kəndi necə sahibsiz qaldı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
24 noyabr 2026 109 baxış
Bakıda gender bərabərliyinə həsr olunan konfrans keçirilir

Bakıda gender bərabərliyinə həsr olunan konfrans keçirilir

Siyasət
24 noyabr 2026 122 baxış
Ermənistan qarışdı: bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi - AKTUAL GÜNDƏM

Ermənistan qarışdı: bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi - AKTUAL GÜNDƏM

Siyasət
24 noyabr 2026 113 baxış
Monteneqronun Baş naziri Miloyko Spayiç Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Monteneqronun Baş naziri Miloyko Spayiç Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
24 noyabr 2026 125 baxış
Bakıda gender bərabərliyinə həsr olunan konfrans | Tolerant cəmiyyətdə qadınların rolu - Baku TV

Bakıda gender bərabərliyinə həsr olunan konfrans | Tolerant cəmiyyətdə qadınların rolu - Baku TV

Siyasət
24 noyabr 2026 135 baxış
Azərbaycandan Türkiyəyə təbrik | Zelenskidən çağırış: dördtərəfli görüş olacaq? - YENİ BİR SƏHƏR

Azərbaycandan Türkiyəyə təbrik | Zelenskidən çağırış: dördtərəfli görüş olacaq? - YENİ BİR SƏHƏR

Siyasət
24 noyabr 2026 113 baxış
Siyasi dialoqdan investisiyaya | Azərbaycan–İtaliya əlaqələrində nə dəyişir? - Baku TV

Siyasi dialoqdan investisiyaya | Azərbaycan–İtaliya əlaqələrində nə dəyişir? - Baku TV

Siyasət
24 noyabr 2026 84 baxış
Xarici qüvvə ilə bağlı mövqe | Tehran sərhəd yaxınlığı barədə nə deyir? - Baku TV

Xarici qüvvə ilə bağlı mövqe | Tehran sərhəd yaxınlığı barədə nə deyir? - Baku TV

Siyasət
23 noyabr 2026 217 baxış
Seçilmişlər
icon