Fransa sadəcə məzlum obrazı alan...| Metyu Brayza
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyanın son zamanlar səsləndirdiyi fikirlər iki ölkə arasındakı münasibətlərin olduqca pozitiv müstəvi üzərində inkişaf etdiyinə işarədir. Prezident İlham Əliyevin səyləri və düzgün seçilmiş siyasi yanaşması fonunda biz bu gün münasibətlərin inkişafını xalqların və hökumətlərin ortaq anlaşma astanasında olduğunu görürük”.
Bu sözləri Baku TV-yə açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.
“Bir çox insan Fransanın regiona müdaxiləsi və öz ordusunu sərhədyanı ərazilərə gətirə bilərmi sualı əsasında düşünür. Amma bildirmək istəyərəm ki, Qarabağ Azərbaycanın ərazisidir və 3-cü hər hansısa dövlətin ora soxulmaq kimi şansı yoxdur.
Müəyyən dərəcədə Fransanın Ermənistanı öz qanadları altına necə aldığını görə bilirik. Amma bu onların daxili siyasi yanaşmasıdır. Fransanın mövqeyi nə dünyanın, nə alyans ölkələrinin, nə də ABŞ-nin mövqeyidir. Fransa sadəcə məzlum obrazı alan N.Paşinyana dəstək verməklə özünü dünyaya və sıravi insanlara mərhəmətli kimi göstərməyə çalışır”, – o deyib.
#ABŞ teqi istifadə olunub
- Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
- Sazişin adada iki yeni hərbi baza yaratmağa imkan verdiyi bildirilir
- Avropa bu razılaşmaya nə deyəcək? | “Hazırkı real vəziyyət göstərir ki...” - Baku TV
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
