Pleyeri seçin:

Fransanın ədalətsiz hərəkətləri ilə bağlı bəyanat yayıldı

28 may 2024 627 baxış

Bir qrup şəxs Fransanın azərbaycanlı sosial media fəallarına qarşı ədalətsiz hərəkətləri ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırmaq məqsədilə bəyanat yayıb.

Bəyanatda deyilir ki, özünü söz və ifadə azadlığının müdafiəçisi kimi təqdim etməsinə baxmayaraq, Fransa öz hərəkətləri ilə bağlı müxalif fikirləri riyakarcasına inkar edir.

“Biz beynəlxalq qurumları fundamental azadlıqların pozulması hallarına qarşı tədbir görməyə çağırırıq. Biz sosial mediada narahatlığımızı bildirdikdən sonra Fransa Kibertəhlükəsizlik Agentliyinin rəhbərlik etdiyi koordinasiyalı təqib kampaniyasının hədəfinə çevrildik və bu kampaniya bizim ifadə azadlığımıza ciddi təsir göstərdi. Fransa qlobal miqyasda dəstəklədiyini iddia etdiyi dəyərlərə qarşı tez-tez çıxış edir. Cənubi Qafqaz regionu Fransanın müstəmləkəsi olmasa belə, bu, Fransanın regionun narahatlıq və qeyri-sabitliyə səbəb olan daxili işlərinə qarışmasına mane olmur”, – deyə sənəddə qeyd olunub.

Bildirilir ki, xüsusilə Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı həssas dövrdə Fransa nəticəyə əks təsir göstərən rol oynayır.

“Hər 2 ölkənin sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atdığı bir vaxtda vaxtilə münaqişənin həlli ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən Fransa bunun əvəzində Ermənistanın daxilində revanşist və separatçı ünsürləri dəstəkləməyə üstünlük verir. Fransa bununla sülh prosesinə xələl gətirir və regional gərginliyi daha da artırır. Biz beynəlxalq təşkilatlara çağırış edirik ki, Fransanın öz hərəkətlərinə görə cavab verməsi ilə bağlı tədbir görsünlər”, – deyə bəyanatda bildirilib.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 627 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 627 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 627 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 627 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 627 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 627 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 627 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 627 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 627 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 627 baxış
Seçilmişlər
icon