Hakan Fidandan Türkiyə-İsrail münasibətləri ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə hesab edir ki, İsraillə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı qərarlar kollektiv xarakter daşımalıdır”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Biz İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirdik. Lakin hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır. Vaşinqtonun İsrailə mütləq dəstəyi və onun daimi atəşkəsdən imtina etməsi ilə razılaşmırıq.
Əgər ABŞ İsraili davamlı qətllər və bombardmanlarla dəstəkləməyə davam edərsə, bu, qlobal böhran yaradacaq. Biz atəşkəs əldə olunana qədər Qəzza zolağında müharibədən sonrakı vəziyyət haqqında danışmaqdan imtina edirik”, – deyə H.Fidan bildirib.
Qeyd edək ki, Həmas-Fələstin müharibəsi başladıqdan sonra Türkiyə-İsrail münasibətləri gərginləşib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
