Pleyeri seçin:

Hikmət Hacıyev İsrail televiziyasında mühüm açıqlamalar verib

07 sentyabr 2023 163 baxış

“Təəssüf ki, Ermənistan tərəfinin addımlarından görünən odur ki, Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir. Amma biz sülhə nail olmaq imkanının itirilməsinə yol vermək istəmirik”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib: “Bu proses ABŞ və bir sıra digər ölkələr tərəfindən dəstəklənir. Lakin ikinci mühüm mərhələ Qarabağ əhalisinin Azərbaycanın siyasi, iqtisadi və sosial spektrinə reinteqrasiyasıdır”.

“Təəssüf ki, Ermənistana tabe olan, onun tərəfindən maliyyələşdirilən və dəstəklənən separatçı qurumu görürük. Onlar boz zona statusunu saxlamaq və Azərbaycanın siyasi, sosial, iqtisadi həyatına reinteqrasiya olmamaq istəyirlər”, – Prezidentin köməkçisi vurğulayıb.

O bildirib ki, Azərbaycan yeni yollar salıb, həmçinin onları ölkənin qalan hissəsi ilə birləşdirib: “Ermənistanı Qarabağla birləşdirən Laçın-Xankəndi yolu var. Amma logistika və nəqliyyat baxımından daha səmərəli, böyük potensiala malik, bütün Azərbaycan bazarlarına və qonşu ölkələrə birbaşa çıxışı olan Ağdam-Xankəndi yolu da var”.

H.Hacıyev əlavə edib ki, bu, reinteqrasiya prosesi üçün yaxşı imkandır: “Lakin qarşı tərəf inadla “yox” deyir”.

Onun sözlərinə görə, Azərbaycan suveren dövlət kimi artıq belə “boz zona”nın, yəni öz ərazisində başqa ölkənin hərbiləşdirilmiş və silahlı birləşmələrinin, eləcə də qanunsuz separatçı birləşmələrin olmasına yol verə bilməz. O, Azərbaycanın mülki əhalisinə raket və digər vasitələrlə təhdidlərin acınacaqlı təcrübəsinin olduğunu əlavə edib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 163 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 163 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 163 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 163 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 163 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 163 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 163 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 163 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 163 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 163 baxış
Seçilmişlər
icon