İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşdü - Baku TV
Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb.
Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlanıb, bu səfər zamanı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulanıb.
Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunulub.
Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların mövcudluğu qeyd olunub.
Görüşdə xalqlarımızın yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın “Airserbia” şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunulub.
Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#İlham Əliyev teqi istifadə olunub
- Diqqətlər Bakıdakı toplantıda | "Haber Global"dan AQEM zirvəsi ilə bağlı süjet - Baku TV
- İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin regional və qlobal siyasətdə dəyişən rolu - Baku TV
- İlham Əliyev AQEM zirvəsindən mühüm mesajlar verdi - Baku TV
- Prezident AQEM-in 7-ci Zirvə Toplantısında dövlət və hökumət başçılarını qarşıladı - Baku TV
- İlham Əliyevin diplomatik görüşləri "Haber Global"ın gündəmində - Baku TV
