İran vasitəsilə Naxçıvana qaz nəqli ilə bağlı yeni razılaşma
Naxçıvana İran vasitəsilə qaz nəqlinin müddəti uzadılacaq.
Bu barədə “Baku TV”yə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.
Bildirilib ki, müqavilənin müddətinin uzadılması tərəflər arasında razılaşdırılıb və hazırda imzalanma mərhələsindədir.
Qeyd edilib ki, İrandan Naxçıvana qazın nəqli hazırda davam edir. 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək olan müddətdə nəql edilən qazın həcmi 188,5 milyon kubmetr təşkil edir.
İran vasitəsilə Naxçıvana qazın verilməsinə 2006-cı ildən başlanılıb. Bununla bağlı iki ölkə arasında 2005-ci ildə təbii qazın mübadiləsi üzrə müqavilə imzalanıb.
2025-ci ilin martın 5-də açılışı olan İğdır-Naxçıvan kəmərinə gəlincə, SOCAR-dan bildirilib ki, bu kəmərlə qazın nəqlinə hələ başlanılmayıb. Bu kəmər günlük 2 milyon kubmetr qaz nəql etmə qabiliyyətinə malikdir.
#İran teqi istifadə olunub
- Tramp Tehrana etibar etmədiyini açıqladı | İrandan cavab reaksiyası gözlənilir - Baku TV CANLI
- ABŞ-yə İranın yeni katibindən sərt bəyanat - Baku TV CANLI
- "Azərbaycandan İrana 2-ci dəmir yolu xətti açılacaq" | Prezident - Baku TV
- İrəvan və Tehran arasında TRIPP üzrə anlaşma əldə olunub - Baku TV
- Tehrandan Xəzər mesajı | Sahilyanı olmayan dövlətlərə hərbi qadağa - Baku TV CANLI
