İrəvanla Tbilisi arasında anlaşmanın pərdəarxası məqamları
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 26-da Gürcüstanın paytaxtı Tbilisidə Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
İlk baxışdan Cənubi Qafqazın iki ölkəsinin bir araya gəlməsi təəccüb doğurmamalıdır. Amma məlumdur ki, Gürcüstan Avropa İttifaqına üzv olmaq niyyətindən irəli gələrək Qərbin sözündən çıxmaq istəmir. Bu da indiyə qədər Fransanın Gürcüstandan tranzit kimi istifadə edərək Ermənistana silah göndərməsinə səbəb olub.
Belə olan halda strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün hansı təsirləri ola biləcəyi sualları gündəmə gəlir.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan üçün yeganə istisna müxtəlif dövlətlərin Ermənistana hücum xarakterli hərbi texnika göndərmələri və qonşu dövlətlərin buna şərait yaratmaları ola bilər:
“Bəli, bu, bizi narahat edə bilər. Yəni Ermənistan-Gürcüstan strateji tərəfdaşlığı müxtəlif ölkələrin hərbi texnikanın Ermənistana keçidinə şərait yaradacaqsa, əlbəttə ki, bu, Azərbaycanda rəsmi Tbilisi ilə bağlı ciddi suallar yaradacaq.
Böyük ehtimalla Fransa yenə də Gürcüstan ərazisindən hərbi texnika göndərməyə çalışacaq. Belə olan halda, görünür, Gürcüstan hakimiyyəti deyəcək ki, artıq onlar strateji tərəfdaşlıq sazişi imzalayıblar, ona görə həmin yüklərə mane ola bilməzlər. Bunu desələr, Gürcüstanla Azərbaycanın müttəfiqliyinin ruhuna uyğun olmaz”.
Hər halda Tbilisi anlamalıdır ki, regionda Bakının maraqlarına zidd addım atmaq münasibətlərin gərginləşməsinə şərait yarada bilər. Bu isə hazırkı geosiyasi vəziyyətdə nəinki Azərbaycana, heç bir Cənubi Qafqaz ölkəsinə fayda verməyəcək.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
