Pleyeri seçin:

İşğalçıya dəstək verən ABŞ öz imicinə zərbə vurur

26 noyabr 2023 551 baxış

Keçmiş SSRİ-nin süqutundan sonra 1992-ci ilin avqust ayında Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası və Senatın birgə qəbul etdiyi “Azadlığa Dəstək Aktı” adlı qanun ötən dövrdə ABŞ üçün Azərbaycana qarşı siyasi korrupsiya vasitəsinə çevrilib.

Sovetlər Birliyindən ayrılan yeni müstəqil dövlətlərə demokratik idarəetmə modeli və azad iqtisadiyyat formalaşdırılmasına yardım etməyi nəzərdə tutan həmin qanun müxtəlif istiqamətlərdə yol xəritəsi olmaqla geniş fəaliyyətlər paketidir.

Təəssüf ki, bu siyasi sənəd Azərbaycana qarşı ayrı-seçkilik strategiyasına çevrilib. Təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasına, işğalçılıq siyasətinə və çoxistiqamətli müharibə taktikasına baxmayaraq, ABŞ-dəki erməni icması və lobbisinin birgə fəaliyyəti hesabına “Azadlığa Dəstək Aktı”nın mətnində 1992-ci ildə 907-ci düzəlişin qəbul edilməsi ilə Okeanın o tayından Azərbaycana qarşı siyasi və mənəvi təzyiqlərə start verildi.

Bu düzəlişlə ABŞ hökumətinin prezidentin razılığı olmadan Azərbaycana yardım etməsi qadağan olunub. 907-ci düzəliş adlandırılan sənədin təşəbbüskarı demokrat senator Con Kerri idi. Prezident Corc Buş dövründə imzalanan düzəliş Azərbaycan-ABŞ münasibətlərində maneəyə çevrilərək, 10 il qüvvədə qalıb.

Bu illər ərzində Azərbaycan ABŞ hökumətindən birbaşa yardım ala bilməyən yeganə MDB dövləti idi. Azərbaycan 2001-ci il 11 sentyabr hadisələrindən sonra isə ABŞ tərəfindən təhlükəsizlik sahəsinə ayrılan yardımın fəal istifadəçilərindən biri olub. 2002-ci ildən başlayaraq bu yardım 411,6 milyon ABŞ dolları təşkil edir. Bu vəsait təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bölüşdürülüb.

Nəhayət, ABŞ Dövlət Departamentinin diplomatı, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn cari il noyabrın 15-də Konqresdəki dinləmələrdə çıxış edib və Azərbaycan haqqında əsassız, həqiqəti əks etdirməyən sərt tənqidlər səsləndirərək deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq.

Bu proqram çərçivəsində nəzərdə tutulan vəsait Azərbaycan dövlətinin suverenliyinin, təhlükəsizliyinin və sərhəd toxunulmazlığının qorunması üçün həlledici və yaxud əvəzolunmaz məbləğ deyil. Sadəcə olaraq bu cür ədalətsiz və qərəzli yanaşma Azərbaycan xalqının müstəqillik arzularına qarşı mənəvi təhdiddir.

Çünki adından da göründüyü kimi, “Azadlığa Dəstək Aktı” məhz müstəqil dövlət quruculuğuna verilən dəstəkdir. Müstəqil və sülhsevər bir dövləti belə bir yardım paketindən məhrum etməyin bir adı var: qərəzlilik və ikili standartlar.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 551 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 551 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 551 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 551 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 551 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 551 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 551 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 551 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 551 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 551 baxış
Seçilmişlər
icon