Pleyeri seçin:

Koloniyalardan gələn gəlirlərdən kasıb ölkələrə çatan pay

09 dekabr 2023 745 baxış

Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində keçirilən növbəti etiraz mitinqi təkcə onun iştirakçılarının başqa bayraqlarla yanaşı, Azərbaycan bayrağını da qaldırmaları ilə yox, həm də azərbaycanlı jurnalist Aygün Həsənovanın ölkədən deportasiyası ilə də yadda qalıb.

Özünü “demokratik ölkə” kimi təqdim edən ölkədə media nümayəndəsinə qarşı bu qədər qeyri-adekvat münasibətin səbəbi sadə idi: jurnalist Azərbaycandan gəlmişdi və ona qarşı neqativ münasibət yalnız Fransanın Ermənistana qarşı bacılıq duyğularından qaynaqlanmırdı.

Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı dünyanın neokolonializmə qarşı çıxan ən məşhur platformalarından birinə çevrildi. Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunu yaradan da məhz bu Hərəkatın nümayəndələri idi və oktyabrın sonunda “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda konfrans keçiriblər. Onun işində Yeni Kaledoniyanın, eləcə də bir çox keçmiş və indiki Fransa müstəmləkələrinin – Əlcəzair, Mali, Mərakeş, Qvadelupa, Martinik, Fransız Qvianası və Fransız Polineziyasının nümayəndələri iştirak ediblər.

Bundan başqa, Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində Beşinci Respublikanın nüvə sınaqları keçirdiyi müstəmləkələrə dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı beynəlxalq təşkilatların çağırışlarını dəstəkləyib.

Bakı forumunda Kaledoniya İttifaqının baş katibinin müavini Devid Vanabo da iştirak edib və bildirib ki, Yeni Kaledoniya “buxovlardan xilas olaraq” öz siyasi kursunu seçmək istəyir.

Bundan əlavə, noyabrın 21-də isə Bakıda daha bir konfrans keçirildi – “Dekolonizasiya: Qadınların hüquq və imkanlarının artırılması”.

Yeni Kaledoniya nümayəndələri dəfələrlə qeyd ediblər ki, Fransa Yeni Kaledoniyanın müstəmləkəçiliyə uğramış ölkələr siyahısından çıxarmaq üçün hər yola əl atır və onlar yalnız Azərbaycanın sayəsində nüfuzlu bir platforma kimi Qoşulmama Hərəkatı vasitəsilə öz səslərini dünya ictimaiyyətinə çatdıra biliblər. Məhz burada onlar müstəqilliklə bağlı təkrar referendumun keçirilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyini ala biliblər.

Banner
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 745 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 745 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 745 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 745 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 745 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 745 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 745 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 745 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 745 baxış
Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Siyasət
07 noyabr 2026 745 baxış
Seçilmişlər
icon