Pleyeri seçin:

Müxalif deputatlar Paşinyanın müttəfiqini "atəşə tutdu" | Debat zamanı qalmaqal

31 mart 2025 704 baxış

Ermənistanın hakim Mülki Müqavilə Partiyasından Gümrüdəki mer seçkisində namizəd olan Sarik Minasyan martın 28-də Qarabağla bağlı səsləndirdiyi ifadəyə görə müxaliflər tərəfindən tənqidə məruz qalıb.

Erməni mediası yazır ki, S.Minasyanı tənqidlərə tuş gətirən onun debatlar zamanı dediyi “Qarabağ pis yer idi” sözləri olub.

Belə ki, debat zamanı S.Minasyanın opponentlərindən biri Ruben Mxitaryan Baş nazir Nikol Paşinyanı tənqid edib. Daha sonra deyib ki, o, Qarabağı Azərbaycana “Qarabağ Ermənistandır” deyəndən bir neçə il sonra satdı.

Buna cavab olaraq S.Minasyan “keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan dövründə Qarabağ elə pis yer idi ki, insanlar orada xidmət etməmək üçün Gümrüdə pul ödəyirdilər” deyib.

“İcbari hərbi xidmət keçməsi üçün oğulları Qarabağa aparılan şəxslər özlərini bədbəxt hesab edirdilər”.

Bu sözlər iki namizəd arasında gərginliyi artırıb və nəticədə, moderator debatın yayımını yarımçıq dayandırmalı olub.

S.Minasyanın sözləri Ermənistanda bir çoxlarının, o cümlədən Qarabağdakı keçmiş rejimin nümayəndələrinin tənqidinə səbəb olub. Hazırda İrəvanda yaşayan Qarabağdakı separatçı rejimin keçmiş ombudsmanı Artak Belaryan S.Minasyanın sözlərinin N.Paşinyanın səylərinə uyğun olduğunu deyib.

Ermənistanın müxalif Şərəf Duyuram Blokundan deputat Tiqran Abramyan isə S.Minasyanın səsləndirdiyi fikirlərlə “siyasi intihar” etdiyini bildirib.

S.Minasyan ilk dəfə deyil qalmaqalla gündəmə gəlir. Keçən ayın sonu o, Azərbaycanın Qarabağda nəzarəti N.Paşinyana görə yox, ermənilərin vuruşmadığı üçün bərpa etdiyini demişdi. Bu, S.Minasyana qarşı tənqidlərə səbəb olmuşdu. 

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 704 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 704 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 704 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 704 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 704 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 704 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 704 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 704 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 704 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 704 baxış
Seçilmişlər
icon