Pleyeri seçin:

Ombudsman Ermənistanın cinayətlərindən danışdı | Həmin ərazilərə elə ziyan vurulub ki…

02 oktyabr 2024 404 baxış

“Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli torpaqlarımızın 20 faizi 30 ilə yaxın işğala məruz qaldığı dövrdə həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə ciddi ziyan vurulub, Azərbaycana qarşı beynəlxalq cinayət hesab olunan ekosid cinayəti törədilib”.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, işğal illərində Qarabağ bölgəsində müxtəlif nadir bitki və heyvan növləri məhv olub, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarıb:

“Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində zərərli maddələrlə kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərib və bu, hazırda əhalinin həyat və sağlamlığı üçün son dərəcə ciddi təhlükə doğurmaqdadır”.

Ombudsman əlavə edib ki, Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terroru insanların həyat və sağlamlığına təhdid yaradır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur:

“İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il 10 noyabr tarixindən bu günə kimi mina qurbanlarının sayı 379 nəfər olub. Ümumilikdə isə 1991-ci ildən indiyədək 359 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, mina qurbanlarının sayı 3 458 nəfər təşkil edir”.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 404 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 404 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 404 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 404 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 404 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 404 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 404 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 404 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 404 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 404 baxış
Seçilmişlər
icon