Pleyeri seçin:
Paşinyan "Nemezis" abidəsinin açılmasını doğru saymır
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda “Nemesis” silsilə terror əməliyyatlarına həsr olunan abidənin açılması barədə qərarı doğru saymır.
Bu barədə o, mediaya açıqlamasına bildirib. N.Paşinyanın sözlərinə görə, abidə ilə bağlı qərarı hökumət yox, şəhər rəhbərliyi verib və onun həyata keçirilməsi düzgün deyil.
“Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri də odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”, – deyə erməni Baş nazir vurğulayıb.
Eyni zamanda bu hadisənin emosional fonda baş verdiyinə diqqət çəkib.
Kopyalandı
#Nikol Paşinyan teqi istifadə olunub
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
- Ermənistanın baş naziri Hessen Sülh Mükafatına layiq görülüb - ANA XƏBƏR
- Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM
- Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV
- Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm | Nikol Paşinyan - Baku TV
