Paşinyan və digər rəsmilər bu layihəni eşidəndə susur | Ekspertlərdən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Sülh kəsişməsi” və ya əsl adı ilə “erməni qovşağı” layihəsi. Nikol Paşinyan son dövrlər başdan-ayağa çeynənən fikirlər, kopyalanan ideyalar və oğurluq prinsiplərlə zəngin olan bu layihəni yenidən gündəmə gətirib.
Sözdə regionda yeni kommunikasiya şəbəkəsini yaratmağı nəzərdə tutan bu ideyanın həyata keçirilməsi, əslində, reallıqdan kənardır. Çünki bu yolla rəsmi İrəvan Azərbaycan və Türkiyənin iştirakı olmadan 10 noyabr 3 tərəfli bəyanata zidd şəkildə “meqa layihə” planlaşdırır.
Lakin sözügedən fikir region dövlətləri tərəfindən məntiqli və əhəmiyyətli hesab olunmur. Azərbaycan, Gürcüstan, Türkiyə və İran illərdir Ermənistansız da dəniz, dəmir yolu və digər mühüm infrastruktur layihələrində əməkdaşlıq edir və yeni proyektlərlə bağlı razılığa gəlib.
Hətta erməni siyasətçilərin özləri də Cənubi Qafqazda aparıcı dövlətlərin xeyir-duası olmadan “Sülh qovşağı”nın yaradılmasına ümid bəsləmirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov bildirib ki, Azərbaycan və Türkiyənin iştirakı olmadan Ermənistanın hansısa beynəlxalq nəqliyyat şəbəkəsinə qoşulması müşkül məsələdir:
“Ermənistandan olan ciddi ekspertlər belə qapalı görüşlərdə bu layihəyə heç toxunmur və onu mümkünsüz hesab edir. Oxşar olaraq Qərb ölkələri də “Sülh kəsişməsi” layihəsinin reallaşmayacağını anlayır, Ermənistan Baş naziri və digərləri bu layihə haqqında danışanda sadəcə susurlar”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
