Pleyeri seçin:

Politoloqlar eksklav ərazilərimizin qaytarılmasından danışdı

29 aprel 2024 354 baxış

Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan danışıqlar prosesinə daxil olmaqla qarşılıqlı etimad quruculuğuna start verib.

Prosesdə iki il ərzində müəyyən problemlər olsa da, ötən il dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilən birgə bəyanat iki ölkə arasında irəliləyişlərin əldə edilməsinə təkan verib.

Bu uğurların davamı isə aprelin 19-da Ermənistanın işğalda saxladığı 4 kəndi Azərbaycana qaytarması olub. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında daha da irəliyə getmək üçün gözlənilən baza formalaşmaqdadır və bu baxımdan növbəti mərhələ eksklav ərazilərimizin azad edilməsidir.

Lakin Ermənistanın işğal etdiyi əraziləri həqiqi sahiblərinə qaytarması həm revanşist erməniləri hərəkətə gətirib, həm də İrəvan üzərindəki xarici təzyiqləri artırıb və ölkədə yeni aksiyalara rəvac verib. Aydındır ki, mövcud hakimiyyətə edilən təzyiqlər Nikol Paşinyanı sülh prosesindən yayındırmağa hesablanıb, halbuki regionun sabitliyi sülh müqaviləsinin imzalanmasından keçir.

Eksklav əraziləri geri qaytarmaq üçün həm də beynəlxalq təcrübədən istifadə etmək olar. Bunun üçün isə ərazilərlə bağlı bütün detallar hesablanmalı və bunun üzərindən danışıqlar prosesi ilə bağlı yeni mərhələyə start vermək lazımdır.

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

Siyasət
23 iyun 2026 354 baxış
Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Siyasət
23 iyun 2026 354 baxış
Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Siyasət
23 iyun 2026 354 baxış
ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 iyun 2026 354 baxış
AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

Siyasət
22 iyun 2026 354 baxış
Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Siyasət
22 iyun 2026 354 baxış
Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Siyasət
22 iyun 2026 354 baxış
Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Siyasət
22 iyun 2026 354 baxış
Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Siyasət
22 iyun 2026 354 baxış
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

Siyasət
22 iyun 2026 354 baxış
Seçilmişlər
icon