Pleyeri seçin:

Prezidentin İrana mesajı ünvanına çatdı | Əhmədianın Bakı səfərinin pərdəarxası

09 yanvar 2025 397 baxış

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə İranla münasibətlərə toxunması və hadisələrin inkişafını detallı şəkildə izah etməsi son zamanlar qarşı tərəfdən artan təhdid siyasətinə verilən ən güclü cavab idi.

Suriyada yaxın müttəfiqini – Bəşər Əsəd rejimini qoruya bilməyən, son 6 ayda Yaxın Şərqdəki proksi qüvvələrinə yardım əli uzatmaqda aciz qalan İran rəhbərliyinin diqqəti başqa yönə çəkmək üçün Azərbaycanı hədəf seçməsi heç bir halda cavabsız qala bilməzdi.

Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin şəbih məclisindəki təhqiramiz fikirləri bir daha bu ölkənin informasiya siyasətini ortaya qoyur.

Bu hücumlar niyə məhz Ərdəbildən istiqamətləndirilir, bu da başqa mövzudur.

Ərdəbil Azərbaycan şəhəridir və görünür ki, İran rəhbərliyi hər dəfə Seyid Həsən Amulini danışdırmaqla Güney məsələsindən nə qədər ehtiyat etdiyini açıq şəkildə ortaya qoyur.

Həsən Amuli "əyalət mollası"dır və onun həddini aşaraq qonşu dövləti və onun rəhbərliyini təhdid və təhqir etməsi, şübhəsiz ki, özbaşına baş vermir.

Görünür ki, ali dini rəhbərliyin xeyir-duası, SEPAH-ın əmri ilə hərəkət edən bu molla cəzasız qalacağına çox arxayındır.

Prezident İlham Əliyev İranın rəhbər dairələrinə, Seyid Həsən Amulini təyin edən və danışdıranlara da konkret mesajı göndərib. Dövlət başçısı faktiki şəkildə göstərib ki, heç bir dövlətin Azərbaycan xalqına qarşı haqsız münasibəti cavabsız qalmayıb və bundan sonra da qalmayacaq.

Aydın məsələdir ki, Azərbaycana qarşı informasiya siyasəti məhz mühafizəkar dairələr, əsasən də SEPAH tərəfindən aparılır. İslahatçı cinahın nümayəndəsi Məsud Pezeşkianın prezident seçilməsindən sonra ikitərəfli münasibətlərdə müsbət irəliləyişlərin olacağı gözlənilən idi.

Prezident İranın yeni rəhbərliyinə də vəziyyətdən çıxış yolunu göstərib. Əgər İran Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, səfirliyimizə hücum edən terrorçu dərhal edam edilməli, Həsən Amuli vəzifəsindən azad edilərək Azərbaycandan üzr istəməli və İrandan bir daha bu kimi hücumların olmasının qarşısı alınmalıdır. Əks halda Azərbaycan da lazımi addımları atacaq.

Prezident İlham Əliyevin rəsmi Tehranı fakt qarşısında qoyması və prinsipial mövqe sərgiləməsi, şübhəsiz ki, Tehranda çaşqınlıq yaradıb. Heç təsadüfi deyil ki, ertəsi gün, yanvarın 8-də İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya gəlib. Bu səfər mesajların ünvanına çatdığını göstərir. 

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 397 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 397 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 397 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 397 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 397 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 397 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 397 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 397 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 397 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 397 baxış
Seçilmişlər
icon