Siyasət
Pleyeri seçin:

Qarabağ məsələsi Rusiya mediasında | Bakının möhürlədiyi problem

27 dekabr 2023

Bu il 32 ildən bir qədər çox mövcud olmuş Qarabağ probleminin “tarixi” başa çatdı.

“İkinci erməni dövləti”nin taleyi 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticələrinə görə möhürləndi. Ancaq problemi tamamilə həll etmək üçün daha bir neçə il lazım oldu.

2022-ci ilin dekabrında Qarabağ “blokadaya” alındı, 2023-cü ilin sentyabrında isə Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatı başlatdı. Şiddətli döyüşlər təxminən bir gün davam etdi. İrəvandan heç bir kömək görməyən, guya aclıqdan, yanacaq və dərmansızlıqdan əziyyət çəkən “hökumət” təslim olmaq qərarına gəldi.

Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin yaydığı məqalədə bildirilib.

Qeyd olunub ki, bu hadisələrə paralel olaraq Qarabağ ermənilərinin Qarabağdan köçü başladı:

“Ermənilər köçün səbəbi kimi qorxduqlarını desələr də, Azərbaycan hakimiyyəti heç kimin təhlükədə olmadığını vurğuladı. Bakı Qarabağda onlarla erməninin qaldığını iddia edir. Azərbaycanda yaşamaq üçün onlar Azərbaycan vətəndaşlığını qəbul etməli və respublikanın bütün qanunlarına əməl etməli olacaqlar.

Eyni zamanda İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması mövzusunda söhbətlər intensivləşib. Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, qondarma qurumun ləğvi ilə sülhə ən son maneə aradan qalxıb.

Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyan 2016-cı ilin avqustunda 4 günlük müharibənin ardından aparılan danışıqlardan sonra “Arsax”ın ləğvi prosesinin qaçılmaz olduğunu bildirib. O vurğulayıb ki, əvvəllər hakimiyyət bu barədə danışmamağa çalışırdı. Çünki o zaman xalqa 30 il ərzində həlli mümkün olmayan bir problemə vəsait yatırdıqlarını söyləməli olacaqdılar.

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan rəhbərləri İ.Əliyev və N.Paşinyanın Cənubi Qafqazda sülhün əldə edilməsi üçün tarixi fürsət haqqında birgə bəyanatını alqışlayıb.

Eyni zamanda Bakı və İrəvan bunu bir-birinin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında həyata keçirəcəklərinə söz verib.

İki ölkə rəhbərləri bəyanatda qeyd ediblər ki, xoşməramlılıq əlaməti olaraq Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə azərbaycanlı 2 hərbçini azad edir. Mübadilə baş tutub.

Ölkə liderlərinin mətbuat xidməti bildirib ki, İ.Əliyev və N.Paşinyan çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsətin ortaya çıxması ilə bağlı fikirləri bölüşürlər”. 

Azərbaycana qarşı qərəzli siyasət aparan İran əsl simasını göstərdi

Azərbaycana qarşı qərəzli siyasət aparan İran əsl simasını göstərdi

Siyasət
18 may 2024
İlham Əliyev və Aleksandr Lukaşenkonun Füzuliyə səfərindən görüntülər

İlham Əliyev və Aleksandr Lukaşenkonun Füzuliyə səfərindən görüntülər

Siyasət
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Siyasət
17 may 2024
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 may 2024
Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Siyasət
17 may 2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Siyasət
17 may 2024
Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Siyasət
17 may 2024
İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

Siyasət
17 may 2024
Kiçik Azərbaycan qlobal oyunçuya çevrilir? - Fransanın Bakı qorxusu

Kiçik Azərbaycan qlobal oyunçuya çevrilir? - Fransanın Bakı qorxusu

Siyasət
17 may 2024
Fransa günahkar axtarışında | Müstəmləkəçilik siyasətinin pərdəarxası - BAKU AKTUAL

Fransa günahkar axtarışında | Müstəmləkəçilik siyasətinin pərdəarxası - BAKU AKTUAL

Siyasət
17 may 2024
Seçilmişlər
icon