Qarabağ Universitetində daha bir fakültənin təməli qoyulub
Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.
Dövlət başçısına binada yaradılacaq şərait barədə məlumat verilib.
Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir.
Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.
Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.
Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.
Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev mühüm sərəncamlar imzaladı - ANA XƏBƏR
- Naxçıvandakı yaşayış kompleksində sakinlər üçün necə şərait yaradılacaq? - Baku TV
- Naxçıvanda tikilən yeni mehmanxana kompleksi ilə bağlı detallar açıqlandı - Baku TV
- "Günəş elektrik enerjisinin istehsalı ən azı..." | Prezident mühüm layihələrdən danışdı - Baku TV
- Enerji ixracatçısına çevrilən Naxçıvan | Yeni generasiya gücləri imkanları artıracaq - Baku TV
