Qaribaşvilidən sülh sazişi ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan həmişə regionda uzunmüddətli sülh və sabitliyin tərəfdarı olub və bu məsələyə öz töhfəsini verməyə hazırdır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
“Biz hər zaman uzunmüddətli sülhün bərqərar olmasına töhfə verməyə hazırıq və bunun region ölkələri üçün faydalı olduğuna inanırıq. İrəvanla Bakı arasındakı dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”, – deyə İ.Qaribaşvili bildirib.
Nikol Paşinyan isə qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sülhün bərqərar olmasına səbəb olacaq.
“Yalnız biz ümumi olaraq qəbul edilmiş prinsiplərə əsaslanan sülh sazişini Azərbaycanla razılaşdırıb imzalayandan sonra regionda sülh əldə olunacaq”, – deyə N.Paşinyan bildirib.
O əlavə edib ki, saziş üzərində iş hələ də davam edir.
#Gürcüstan teqi istifadə olunub
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
