Qərbi Azərbayan İcması Ermənistana çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Son günlər şərti dövlət sərhədinə canlı qüvvə və hərbi texnika cəmləşdirən Ermənistan daha bir təxribata əl atıb. Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən “prezident seçkisi”nin keçirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirir”.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.
“Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu “seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırır. Bu xüsusda, Ermənistanın Baş nazirinin yenə dünya liderlərinə telefon zəngləri, “Azərbaycanla təcili danışıqlara hazırıq” açıqlaması qeyri-səmimidir. Əgər Nikol Paşinyan, həqiqətən də, sülhdə maraqlıdırsa, onda Ermənistan Silahlı Qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, qeyri-qanuni silahlı dəstələr tərksilah edilməli və qayıdış ilə əlaqədar Qərbi Azərbaycan İcması ilə təmaslara başlanılmalıdır”, – deyə bəyanatda qeyd olunub.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
